Nəqliyyat Panelinin 11-ci iclası keçiriləcək
Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının "İqtisadi inteqrasiya və Aİ siyasətinə uyğunlaşma" üzrə 2-ci çoxtərəfli platforması çərçivəsində Nəqliyyat Panelinin 11-ci iclası keçiriləcək. “OLAYLAR”-ın Nəqliyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, iclas zamanı, Rotterdamda keçirilmiş Nazirlər görüşündən sonra görülmüş işlər, yarana biləcək problemlərin aradan qaldırılması yolları, eləcə də TEN-T şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçiriləcək layihələr və onların maliyyələşdirmə mexanizmlər ilə bağlı məsələlər müzakirə ediləcək. Müzakirələrdə Nəqliyyat Nazirliyindən və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından nümayəndə heyəti iştirak edəcək.
19 Oktyabr 2016 14:38 SosialBelçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının "İqtisadi inteqrasiya və Aİ siyasətinə uyğunlaşma" üzrə 2-ci çoxtərəfli platforması çərçivəsində Nəqliyyat Panelinin 11-ci iclası keçiriləcək. "OLAYLAR"-ın Nəqliyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, iclas zamanı, Rotterdamda keçirilmiş Nazirlər görüşündən sonra görülmüş işlər, yarana biləcək problemlərin aradan qaldırılması yolları, eləcə də TEN-T şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçiriləcək layihələr və onların maliyyələşdirmə mexanizmlər ilə bağlı məsələlər müzakirə ediləcək. Müzakirələrdə Nəqliyyat Nazirliyindən və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından nümayəndə heyəti iştirak edəcək.