Gündəm

Yerli keyfiyyətli inşaat materialları olmadan tikinti sektorunun inkişafı asan olmayacaq

19 Oktyabr 2016 15:29

"Son illər Azərbaycanda ən çox inkişaf edən sahə tikinti sektorudur. Təbii ki, son zamanlar dünya iqtisadiyyatında baş verən böhran ölkəmizin tikinti sektoruna da təsir edib". "APA-Economics" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov "BakuBuild-2016" sərgisinin açılışında çıxışı zamanı bildirib.

Sarkisyanın növbəti "forum" şousu: siyasi səbatsızlığın fəsadları

19 Oktyabr 2016 15:26

Dünyanın enerji sahəsində aparıcı dairələri İstanbulda Enerji Konqresinə toplaşarkən, Ermənistan prezidenti Nyu-Yorkda gülünc bir "forum" təşkil etdirib. Onun adı belə olub: "Ermənistan: Sərmayə Forumu - 2016". Ancaq nə tədbir adına uyğun keçirilib, nə də kiminsə marağına səbəb olub. Ermənistana investisiya qoyuluşunu cəlbedici etməyi hədəfləyən rəsmi İrəvan biabırçı vəziyyətə düşüb. "Forum"da heç bir ciddi müzakirə aparılmayıb və hansı qərarlar alındığı barədə yazan yoxdur. Sadəcə, rəsmi erməni təbliğatı bəzi məqamları qabartmağa cəhd edib. Lakin bu da təsirsiz olub - insanlar artıq Ermənistan rəhbərliyinin dediklərinə deyil, reallığa baxırlar. Gerçəklikdə isə Ermənistan əhalisinin maddi durumu getdikcə daha da ağırlaşır. Ölkə iqtisadiyyatının kənardan asılılığı daha da artır. Hətta yeni baş nazir və bir sıra nazirlər də vəziyyətin mürəkkəbliyindən şikayətlənirlər. Bunlar onu göstərir ki, Ermənistan hakimiyyəti növbəti dəfə siyasi fiaskoya uğrayıb və ölkəni qeyri-müəyyənliyə doğru aparmaqdadır.

59 yaşlı kişi 16 yaşlı oğlanı zorlamaq istədi, döyüldü, tutuldu

19 Oktyabr 2016 15:24

Türkiyədə 16 yaşlı oğlanı küçədə zorlamaq istəyən kişi tutulub.

Bakıya avtomobil almağa gələn Kürdəmir sakini yoxa çıxdı

19 Oktyabr 2016 15:23

Bakıya avtomobil almağa gedən Kürdəmir sakini itkin düşüb.

Bakıda QƏRİBƏ CİNAYƏT

19 Oktyabr 2016 15:19

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb. Report bldirir ki, 20 yaşlı gənc paytaxt ətrafı kənd və qəsəbələrdə müxtəlif markalı avtomobillərdən akkumulyator oğurladığını etiraf edib.

Ermənistanda dərman biznesini mafiya idarə edir

19 Oktyabr 2016 15:14

Ermənistanda dərman idxalı və istehsalını mafiya idarə edir. Azvision.az bildirir ki, bunu parlamentin iclasında Erməni Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan deyib. 

"Normativ hüquqi aktlar haqqında" qanunda dəyişiklik edildi

19 Oktyabr 2016 15:12

Prezident İlham Əliyev "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304 VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

"Sosial şəbəkə istifadəçiləri də cəzalandırıla bilər" MÜTƏXƏSSİS RƏYİ

19 Oktyabr 2016 15:06

“İnsanlarda belə bir düşüncə var ki, onlar internet media üzərində nə istəsələr edə bilərlər. Amma “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun III maddəsinə görə, internet üzərində yayılan xəbərlərin özləri də KİV məhsulları hesab edilir və  materialın  internet, eləcə də ənənəvi media üzərindən yayılması həmin xəbərin  yayıcısını hüququ məsuliyyətdən kənar tutmur”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.  

Mərhum QHT sədri yad ediləcək

19 Oktyabr 2016 15:04

Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin yeni rəhbərliyinin ictimaiyyətə təqdim edilməsi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda qeyd edilən “Uşaq hüquqları aylığı“na Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansının və Nazir Quliyevin ənənəvi olaraq qoşulduğu müxtəlif tədbirlərin ay çərçivəsində də davam etdirilərək uşaq hüquqlarının müdafiəsinə tövhə verilməsi ilə əlaqədar tədbir keçiriləcək.

Ölkədə islahatların genişləndiyi bir vaxtda vergi ödəyicilərinin də üzərinə müəyyən öhdəliklər düşür

19 Oktyabr 2016 14:55

Vergilər Nazirliyinin Vergi auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyevlə müsahibə

Səmti müəyyənetmə üzrə Açıq Ölkə Çempionatı keçirildi

19 Oktyabr 2016 14:53

Oktyabr ayının 15-i Şabran rayonunun Qalaaltı meşə zolağında səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Ölkə Çempionatı keçirilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaları, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələri daxil olmaqla ümumilikdə 260-dan çox idmançı orta məsafə üzrə mübarizəyə qoşuldu.

Azərbaycan Tibb Universiteti  Dağıstan Dövlət Tibb Akademiyası ilə saziş imzaladı

19 Oktyabr 2016 14:51

Bu gün Dağıstan Tibb Akademiyasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olublar və ali məktəbin rəhbər heyəti ilə görüşüblər. Görüş zamanı  ATU-nun rektoru professor Gəray Gəraybəyli universitetin beynəlxalq əlaqələrindən söz salaraq bir çox ali təhsil müəssisələri ilə əməkdaşlığın əldə olunduğunu bildirdi. Qeyd olundu ki, təkcə Türkiyənin 16 universiteti ilə əməkdaşlığa dair qarşılıqlı müqavilələr imzalanıb.

Qlobal Forum Azərbaycanın hesabatını təsdiq etdi

19 Oktyabr 2016 14:50

Azərbaycan Respublikası 2013-cü ilin fevral ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi məqsədləri üçün şəffaflıq və məlumat mü­badiləsi üzrə Qlobal Forumuna üzv olub. 2015-ci ildə Azər­baycan üzrə qiymət­lən­dirmənin 1-ci mərhələsinə ye­kun vurulub və ölkəmiz növ­bəti mərhələyə keçib. 2016-cı ildə isə 2-ci mərhələ zərzivəsində mart ayının 9-11-də qiymətləndiricilər Bakıda səfərdə olublar.

“Rövşən Lənkəranski”nin İtaliyada 101 milyon avro nəğd pula iki otel aldığı üzə çıxdı

19 Oktyabr 2016 14:46

Bu il avqustun 18-də İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”nin İtaliya polisi tərəfindən axtarışa verildiyi məlum idi. İtaliya polisinin bildirdiyinə görə o, çirkli pulların yuyulmasında və digər cinayətlərdə şübhəli hesab olunurdu.

Miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib 

19 Oktyabr 2016 14:39

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində rəsmi səfərdədir.