Miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində rəsmi səfərdədir.
19 Oktyabr 2016 14:39 SosialDövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində rəsmi səfərdədir. "OLAYLAR"-ın xidmətə istrinadən verdiyi xəbərə görə, BƏƏ-nin Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin baş direktoru, general-mayor Məhəmməd Əhməd Əl-Mərrinin dəvəti ilə Dubay Əmirliyində səfərdə olan Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti "GİTEX 2016" texnologiya həftəsi sərgisində iştirak edib. Sərgidə miqrasiya, texnologiya və digər sahələrlə bağlı ən son yeniliklərlə tanışlıqdan sonra Xidmət rəisi Dubay beynəlxalq hava limanının miqrasiya məsələləri üzrə rəisi, briqada generalı Talal Şanqiti ilə görüşüb. Firudin Nəbiyevin general-mayor Məhəmməd Əhməd Əl-Mərri ilə görüşündə isə Azərbaycan ilə BƏƏ, o cümlədən Dubay Əmirliyi arasında əlaqələrin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edilib. İkitərəfli münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Məktumun qarşılıqlı səfərlərinin əhəmiyyətli rol oynadığı bildirilib. Sonda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti adından cənab Əl Mərriyə xatirə hədiyyəsi təqdim olunub.