Səmti müəyyənetmə üzrə Açıq Ölkə Çempionatı keçirildi
Oktyabr ayının 15-i Şabran rayonunun Qalaaltı meşə zolağında səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Ölkə Çempionatı keçirilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaları, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələri daxil olmaqla ümumilikdə 260-dan çox idmançı orta məsafə üzrə mübarizəyə qoşuldu.
19 Oktyabr 2016 14:53 SosialŞabranda idmançılar Ölkə Çempionatında səmti müəyyən etdilər
Oktyabr ayının 15-i Şabran rayonunun Qalaaltı meşə zolağında səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Ölkə Çempionatı keçirilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, "İrəli" İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaları, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələri daxil olmaqla ümumilikdə 260-dan çox idmançı orta məsafə üzrə mübarizəyə qoşuldu.
Havanın yağışlı olmasına baxmayaraq yarışa qatılmış idmançılar əsl əzmkarlıq nümayiş etdirdilər. Gərgin keçən mübarizədə K21 kateqoriyasında Müslüm İmranlı ("İrbis") 6,0 km məsafədə yerləşdirilmiş 11 nəzarət məntəqəsində qeyd olunaraq finiş xəttinə birinci çatmışdır. Qalibdən bir neçə Aleksandr Mişenko (Ukrayna) gümüş, "İrbis" klubunun idmançısı Maksim Boxoldin isə bürünc medal qazanmışdır. Qadınlar arasında Q21 kateqoriyasında (4,8 km - 10 NM) Fövqəladə Hallar Nazirliyinin idmançısı Sevda Verdiyeva qızıl medala sahib olmuşdur. Yekaterina Yakovleva (Neftçi İB) finiş xəttinə ikinci, Yana Maşkova (Dağçılıq İdman Klubu) isə üçüncü çatmışdır.
Homanda hesabında isə Dağçılıq İdman Klubunun birinci komandası fəxri kürsünün ən yüksək zirvəsinə yüksəldi. Neftçi İB-2 komandası 2-ci, Dağçılıq İdman Klubunun ikinci komandası isə 3-cü oldu.
Eyni zamanda Ölkə Çempionatında "Open" və "Junior" kateqoriyaları üzrə də qaliblər müəyyən edildi.
Sonda qalib və mükafatçılara medal, diplom və qiymətli hədiyyələr təqdim edildi.