Qvardiola: "Messini transfer etmək istəmirəm"
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın futbolçuları Lionel Messi, Luis Suares, Serxio Buskets və Neymarı transfer etmək istəmələri barədə yayılan xəbərlərə münasibət bildirib.
19 Oktyabr 2016 14:33 İdman"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın futbolçuları Lionel Messi, Luis Suares, Serxio Buskets və Neymarı transfer etmək istəmələri barədə yayılan xəbərlərə münasibət bildirib.
Qol.az xəbər verir ki, təcrübəli mütəxəssis Çempionlar Liqasının qrup mərhələsində Kataloniya klubu ilə oyun öncəsi keçirilən mətbuat konfransında bu iddiaları təkzib edib:
"Onların heç biri ilə danışmamışam. Messi ilə görüşməmişəm. Onun yerinə olsam, futbolçu karyeramı "Barselona"da başa vuraram. Ancaq Messinin karyerasında dəyişiklik etmək istəyib-istəmədəyini bilmirəm. Əgər istəsə, onu 7-8 klub transfer etməyi düşünəcək. Seçim Messiyə qalıb".