"Qəbələ" ilə oyun öncəsi 2 qayıdış
Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qəbələ"ni qəbul edəcək "Sent-Etyen" oyun öncəsi şad xəbər alıb.
19 Oktyabr 2016 14:34 İdmanAvropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qəbələ"ni qəbul edəcək "Sent-Etyen" oyun öncəsi şad xəbər alıb.
Apasport.az xəbər verir ki, komandanın 2 zədəli futbolçusu sıraya dönüb.
Söhbət Jessi Mulin və Robert Beriçdən gedir. Mulin məşq zamanı ayağından yüngül xəsarət almışdı. Bu mənada, onun "qırmızı-qaralar"la matçda iştirakı sual altında idi. Lakin Mulin zədəsini sağaldaraq, məşqlərə başlayıb.
Onunla yanaşı, Beriç də kollektivlə birgə məşqlərə qoşulub. Adıçəkilən hücumçunun "Qəbələ"yə qarşı oynayacağı gözlənilir.
Qeyd edək ki, "Sent-Etyen" - "Qəbələ" matçı Bakı vaxtı ilə 23:05-də start götürəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31