Gündəm
Siyəzəndə tolerantlıq və dini radikalizmlə mübarizə müzakirə edilib
Oktyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Siyəzəndə “Tolerantlıq və dini radikalizmlə mübarizə” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şabran rayon şöbəsinin əməkdaşı Fariz Nağıyev, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, QMİ-nin Şabran, Siyəzən və Xızı rayonları üzrə qazısı Cavanşir Əfəndiyev, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açıq elan edən Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov tədbir barədə ətraflı məlumat verib. B. Balabəyov çıxışında Azərbaycanda mövcud olan tolerant mühit və multikultural ənənələr barədə də ətraflı məlumat verib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxışında radikalizmin yaranma tarixindən, radikalizmin baş vermə səbəblərindən və qarşısının alınması üçün həyata keçirilməsi vacib olan tədbirlərdən bəhs edib. E. Nurullayev, eyni zamanda tədbir iştirakçılarını bölgədəki dini durum barədə də məlumatlandırıb.
Regionda geosiyasi proseslər dərinləşir
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevan konfransında, ardınca isə Hindistan səfərində Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin nizamlanması prosesində bir daha kompromisin vacibliyini qeyd etdi”. Prezident İlham Əliyev isə Rusiyanın Sputnik telekompaniyasına verdiyi açıqlamada Qarabağ münaqişəsinin həllini və ətraf rayonları boşaltmaq şərti ilə Qarabağa muxtar respublika verilməsi fikrini səsləndirməklə Putinin kompromis çağırışına diplomatik cavab vermiş oldu”.
“Nərimanov” stansiyasında sərgi təşkil olunacaq
“Nəriman Nərimanov" stansiyasında Metro Gallery layihəsi çərçivəsində yeni bir tədbir keçiriləcək. “OLAYLAR”-ın məlumatına görə, bu barədə xəbəri Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev yayıb. O, bildirib ki, tədbir oktyabrın 20-də baş tutacaq.
Masazırda torpaq uçqunu
“Son günlər yağan yağışların təsirindən Masazırda Mirzə İbrahimov küçəsi boyunca dik yamacın aşağı hissəsində fərdi həyət evlərinin arxasındakı istinad divarları bir neçə yerdən uçub, uçqun hadisəsi baş verib”.
Almaniyada ekstremist polislərə atəş açıb: yaralılar var
Almaniyanın Bavariya bölgəsində sağçı ekstremist polislərə atəş açıb. Trend bildirir ki, insident nəticəsində 4 asayiş keşikçisi ağır yaralanıb. Polislər 49 yaşlı ekstremistdən silahı götürmək istəyiblər.
Şok kadrlar: İŞİD yeni edamları göstərdi - VİDEO
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yeni edam videolarını yayıb. Videolarda terrorçuların "səlibçilərin və Taqutun casusları" adlandırdıqları şəxslərin güllələnmə anları əks olunub.
Napolidə türk jurnalistlərə silahlı hücum oldu
ÇL-nın 3-cü turuna bu gün keçiriləcək oyunlarla yekun vurulacaq. Milli.Az milliyet-ə istinadən bildirir ki, Napolidə üz-üzə gələcək eyni adlı şəhərin komandası ilə son Türkiyə çempionu "Beşiktaş"ın oyununa saatlar qalmış xoşagəlməz olay baş verib.
Türkiyədə referendumun ilkin tarixi açıqlandı
"Türkiyənin prezident idarəçiliyi formasına keçidlə bağlı yeni Konstitusiyası üzrə referendum 2017-ci ilin aprelində keçirilə bilər".
Çexiya Azərbaycana silah satılmasına qoyulan qeyri-rəsmi qadağanı poza bilər
Çexiya Azərbaycana silah satan ikinci NATO ölkəsi ola bilər. Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlubildirib:
"Uzun illərdir pul qazanırsız, bir dəfə də Eldar Mahmudova pay ayırmamısız..."
Xəbər verdiyimiz kimi, MTN generalı Akif Çovdarovun barəsində aparılmış istintaq yekunlaşıb və ona qarşı irəli sürülmüş çoxsaylı cinayət ittihamları üzrə istintaq materialları məhkəməyə təqdim olunub. Çovdarovun işinə Sabunçu Rayon Məhkəməsinin binasında hərbi məhkəmə heyəti tərəfindən baxılacaq. Prosesin başlaması iki dəfə təxirə düşüb və jurnalistlər məhkəməyə buraxılmayıblar.
Deputatdan Mütəllibova: "Azərbaycana ermənilər qədər ağır zərbə vurub"
"Ayaz Mütəllibov Azərbaycana ermənilər qədər ağır zərbələr vurub. Bunu tarix də sübut edəcək".
KTMT-nin yeni baş katibinin seçilməməsinin səbəbi məlum olub
"Qazaxıstan prezidenti Nursultan Nazarbayev iclasda iştirak etmədiyinə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni baş katibini seçə bilmədik". Report bildirir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja "Rossiya-24" televiziyasına müsahibəsində deyib.
Azərbaycan prezidentinin Ağstafaya səfəri başlayıb
Azərbaycan prezidenti İlham Əliyevin Ağstafa rayonuna səfəri başlayıb. APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Gənclərimiz vətənpərvər ruhda tərbiyə olunur
Azərbaycan Silahlı Qüvvələrinin bütün hissə və bölmələrində hərbi-vətənpərvərlik tədbirləri davam etdirilməkdədir. Ekspertlərin qənaətinə görə, belə tədbirlər gənclərin vətənpərvərlik hissinin yüksəlməsində əhəmiyyətli rol oynayır.
Telekanallarda dərman reklamı insanları çaşbaş salıb
Ölkədə dərman vasitələrinin reklamında yaranan anormal vəziyyət cəmiyyəti narahat etməkdədir. Əslində insan həyatı üçün təhlükəli hesab olunan bu reklam bazarı qanunvericiliklə tənzimlənməlidir. Məlumat üçün qeyd edək ki, hazırda ölkədə dərman vasitələrinin reklamı ilə bağlı qanunvericilik bazası var. Lakin qanundakı boşluqlar prosedur qaydalardan yan keçmək üçün şərait yaradır.














