Telekanallarda dərman reklamı insanları çaşbaş salıb
Ölkədə dərman vasitələrinin reklamında yaranan anormal vəziyyət cəmiyyəti narahat etməkdədir. Əslində insan həyatı üçün təhlükəli hesab olunan bu reklam bazarı qanunvericiliklə tənzimlənməlidir. Məlumat üçün qeyd edək ki, hazırda ölkədə dərman vasitələrinin reklamı ilə bağlı qanunvericilik bazası var. Lakin qanundakı boşluqlar prosedur qaydalardan yan keçmək üçün şərait yaradır.
19 Oktyabr 2016 13:24 SosialDeputat: "Yalnız həkim bilir ki, hansı dərman hansı xəstəyə kömək edər"
Ölkədə dərman vasitələrinin reklamında yaranan anormal vəziyyət cəmiyyəti narahat etməkdədir. Əslində insan həyatı üçün təhlükəli hesab olunan bu reklam bazarı qanunvericiliklə tənzimlənməlidir. Məlumat üçün qeyd edək ki, hazırda ölkədə dərman vasitələrinin reklamı ilə bağlı qanunvericilik bazası var. Lakin qanundakı boşluqlar prosedur qaydalardan yan keçmək üçün şərait yaradır. Məlumat üçün qeyd edək ki, Səhiyyə Nazirliyi kollegiyasının qərarı ilə təsdiq edilmiş "Özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına rəy verilməsi qaydası"na əsasən, tibbi xidmətlərin və dərmanların reklamına rəy almaq istəyən şəxs nazirliyə ərizə ilə müraciət etməlidir. Tibbi xidmətlərin və preparatların reklamını etmək istəyən şəxs nazirliyə nəyi yayımlayacaqları haqqında məlumat verən disk və ya fotoşəkil də təqdim etməlidir. Ərizəyə baxılarkən tibbi xidmətlərin və dərmanların reklamı bır sıra tələblərə cavab verməlidir. Bu tələblərə əsasən, reklam olunacaq xidmətlər lisenziya ilə müəyyən edilmiş fəaliyyət növlərinə uyğun olmalı, reklam olunacaq xidmətləri göstərən tibb mütəxəssisləri qanunvericiliyə uyğun olaraq müvafiq ixtisasa malik olmalıdırlar. Bundan əlavə, dərman vasitəsi dövlət qeydiyyatına alınmış və həkim resepti olmadan buraxılan olmalıdır. Nazirliyə daxil olan ərizələr Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən araşdırılır, baxılır və məqsədəuyğun olduğu halda müəyyən proseduralar keçdikdən sonra 30 gün ərzində onlara rəy verilir. Zərurət yarandıqda həmin müddət 30 gün də uzadıla bilər. Xatırladaq ki, qəbul olunmuş qərardan məhkəmə qaydasında və inzibati qaydada şikayət verilə bilər. "Reklam haqqında" qanun layihəsində edilən dəyişikliyə əsasən, Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan, müvafiq icra hakimiyyəti tərəfindən sertifikatlaşdırılmış dərman vasitələri, istifadəsi və tətbiqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmamış tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər.Dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda reklamda bu barədə məlumat verilməli, həkimlə məsləhətləşmənin zəruriliyi qeyd olunmalıdır. Müvafiq qeyd kütləvi informasiya vasitələri ilə reklamın sahəsinin ən azı 7 faizini tutmalı, 5 saniyədən az müddətdə səsləndirilməlidir. Qanuna görə, həkim resepti olmadan buraxılan dərmanların reklamı üçün yetkinlik yaşına çatmayan şəxslərə müraciət edilə bilməz. Reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının konkret hallarına istinad etmək, reklam olunan dərman vasitəsinin istifadəsi ilə bağlı fiziki şəxslərin minnətdarlığını ehtiva etmək olmaz. Belə reklamlar zamanı sağlam insanda reklam olunan dərmanın istifadəsinin zəruriliyi barədə təsəvvür oyatmaq qadağandır. Reklam olunan dərmanın təbii mənşəli olması, onun təhlükəsiz olmasına təminat verilməsi barədə məlumatın yayılmasına da icazə verilmir. İstifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərmanlar, tibbi texnika barədə yalnız tibb sahəsində ixtisaslaşdırılmış çap nəşrlərində, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər. Göründüyü kimi dərman vasitələrinin reklamı ilə bağlı həm qanunvericilk bazası, həm də müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməş qaydalar mövcuddur. Lakin buna baxmayaraq televiziya kanallarında dərmanların reklamı insanları çaş-baş salıb. Yəni, insanlar həmin dərmanlardan istifadə üçün tərəddüd edirlər.
Səhiyyə Nazirliyindən bildirilib ki, televiziya kanalları dərman preparatlarını reklam edərkən müəyyən şərtləri yerinə yetirməlidir. Nazirlikdən o da bildirilib ki, hal-hazırda Səhiyyə Nazirliyi dərmanların reklamına icazə verilməsi ilə məşğul olmur: "Qanunvericiliyə görə dərmanların reklamına Səhiyyə Nazirliyi tərəfindən icazə verilməsi nəzərdə tutulmayıb. Əvvəllər Səhiyyə Nazirliyi tərəfindən rəy verilirdi, hazırda isə bu məsələ nəzərdə tutulmur. Ancaq televiziya kanalları da yalnız reseptsiz satılan dərmanları reklam edə bilərlər, respetlə satılan dərmanlar isə ümumiyyətlə reklam olunmur. Hətta bütün reklamlarda aşağı hissədə yazılmalıdır ki, dərman preparatının istifadəsinin əks təsirləri var və istifadədən öncə həkimlə məsləhətləşin. Bu artıq bir şərtdir. Bu şərt yerinə yetirilmədən televiziyalar həmin dərmanın reklamını yayımlamamalıdır. Yəni burada telekanallar da qanunvericiliyin tələblərinə əməl etməlidirlər". Məsələyə Milli Televiziya və Radio Şurasından da münasibət bildirilib. MTRŞ-nın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib ki, televiziyalarda reklam olunan dərmanların keyfiyyətli və ya keyfiyyətsiz olması məsələsinə MTRŞ nəzarət etmir: "Bizdə elə tibbi ekspertlər yoxdur ki, dərmanların keyfiyyətinə nəzarət etsin. Qanunvericiliyə əsasən, Şuranın üzərinə düşən bir məsələ var ki, reseptlə satılan dərmanların reklamına nəzarət edə bilər. Əgər müvafiq dövlət qurumları və ya ictimai təşkilatlar tərəfindən konkret əsaslandırılmış müraciət olarsa, biz onun əsasında monitorinq şəraitində hansısa faktı qiymətləndirə, rəy verə və qanunvericilik çərçivəsində müvafiq tədbirlər görə bilərik". Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev bildirib ki, dərmanların reklamı "Dərman vasitələri haqqında" qaunda öz əksini tapıb: "Əvvəl o qanun olmayanda dərmanların reklamı tamam qadağan olunmuşdu. Sonradan müvafiq icra hakimiyyəti orqanının tövsiyyəsi ilə Milli Məclisə qanun layihəsi gəldi. Həmin qanun layihəsində reseptlə satılan dərmanlar istisna olmaqla, digər reseptsiz satılan dərmanların reklamına icazə verilirdi. Ancaq biz orada düzəliş etdik ki, reklam forması Səhiyyə Nazirliyi ilə razılaşdırılmalıdır. Dünyanın bir sıra ölkələrində bu təcrübə mövcuddur, reseptsiz satılan dərmanların reklamına icazə verilir. Amma mən nə dərman vasitələrinin, nə də bioloji aktiv qida əlavələrinin reklamının tərəfdarıyam. Çünki dərman müalicə vasitəsidir. Yalnız həkim bilir ki, hansı dərman hansı xəstəyə kömək edər, hansı dərman hansı dərmanla işlənsə yaxşı təsiri olar. Elə dərman olar ki, müəyyən insanlar üçün allergiya törədə bilər. Amma buna baxmayaraq bir sıra ölkələrdə reseptsiz satılan dərmanların reklamına icazə verilir".
Nurlan