Regionda geosiyasi proseslər dərinləşir
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevan konfransında, ardınca isə Hindistan səfərində Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin nizamlanması prosesində bir daha kompromisin vacibliyini qeyd etdi”. Prezident İlham Əliyev isə Rusiyanın Sputnik telekompaniyasına verdiyi açıqlamada Qarabağ münaqişəsinin həllini və ətraf rayonları boşaltmaq şərti ilə Qarabağa muxtar respublika verilməsi fikrini səsləndirməklə Putinin kompromis çağırışına diplomatik cavab vermiş oldu”.
19 Oktyabr 2016 13:53 Sosial"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevan konfransında, ardınca isə Hindistan səfərində Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin nizamlanması prosesində bir daha kompromisin vacibliyini qeyd etdi". Prezident İlham Əliyev isə Rusiyanın Sputnik telekompaniyasına verdiyi açıqlamada Qarabağ münaqişəsinin həllini və ətraf rayonları boşaltmaq şərti ilə Qarabağa muxtar respublika verilməsi fikrini səsləndirməklə Putinin kompromis çağırışına diplomatik cavab vermiş oldu". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, bundan artıq, kompromis isə Azərbaycanın dövlətçilik əleyhinə və ərazi bütövlüyünə zidd olan məqamlar ola bilər: "Artıq, ərazi bütövlüyü çərçivəsində, Qarabağa ən yüksək səviyyədə muxtar respublika vədi, ermənilərə verilmiş ən unikal kompromisdi. Ermənistan isə şərt olaraq, Qarabağda referendum ideyasını irəli sürür və Rusiyada dolayı yolla Ermənistanın bu, şərtini dəstəkləyir. Putinin kompromis ideyası da ermənilərin şərti ilə üst-üstə düşməkdədir. Buna görə münaqişənin həlli uzanmaqdadır. Hazırda, Rusiya Azərbaycanı qəfil hərbi əməliyyatlardan çəkindirmək üçün Ermənistana "İsgəndər-M"reaktiv- taktiki raketlər, ardınca uzaq vuran artilleriya sistemləri, hücum əmıliyyatları üçün yeni silahlar ötürməkdədir". Politoloq deyib ki, ABŞ -da Ermənistana Azərbaycanın mövqelərini nəzarətdə saxlamaq üçün kəşfiyyat -müşahidə sistemləri verib: "Minsk qrupunun iki həmsədri,Azərbaycanı mümkün əməliyyatlardan yayındırmaq üçün çalışmaqdadırlar. Regionda geosiyasi proseslər dərinləşir, Ermənistanın işğalçı siyasəti və silahlanması, Qərbin Cənubi Qafqazda Qərbin enerji siyasəti təhlükəsizliyini və sabitliyi riskə atmaqdadır".