Napolidə türk jurnalistlərə silahlı hücum oldu
ÇL-nın 3-cü turuna bu gün keçiriləcək oyunlarla yekun vurulacaq. Milli.Az milliyet-ə istinadən bildirir ki, Napolidə üz-üzə gələcək eyni adlı şəhərin komandası ilə son Türkiyə çempionu "Beşiktaş"ın oyununa saatlar qalmış xoşagəlməz olay baş verib.
19 Oktyabr 2016 13:44 DünyaÇL-nın 3-cü turuna bu gün keçiriləcək oyunlarla yekun vurulacaq.
Milli.Az milliyet-ə istinadən bildirir ki, Napolidə üz-üzə gələcək eyni adlı şəhərin komandası ilə son Türkiyə çempionu "Beşiktaş"ın oyununa saatlar qalmış xoşagəlməz olay baş verib.
Belə ki, ötən gecə Napolidə otelə gedən iki türk idman jurnalisti qəflətən 5-6 bıçaqlı şəxsin hücumuna məruz qalıb. Jurnalistlərin olaydan xəsarətsiz yaxa qurtardıqları deyilir.
Elə həmin saatlarda Napolinin bəzi küçələrində yerli azarkeşlərlə "Beşiktaş"lı azarkeşlər arasında da dava düşdüyü haqda məlumatlar yayılmaqdadır.