Mosulda 100 İŞİD-çi öldürülüb

Mosulun azad edilməsi əməliyyatının üçüncü günündə rəsmi Vaşinqton bəyan edib ki, İŞİD terror təşkilatı kimyəvi silahdan istifadə edə bilər.

Mosulun azad edilməsi əməliyyatının üçüncü günündə rəsmi Vaşinqton bəyan edib ki, İŞİD terror təşkilatı kimyəvi silahdan istifadə edə bilər.

Trend bildirir ki, bölgədəki mənbələrdən alınan məlumatlara görə, əməliyyatın başladığı gündən bu vaxtadək 100 İŞİD üzvü öldürülüb.

Terror təşkilatının mülki əhalinin şəhəri tərk etməməsi üçün qorxutmaq məqsədilə şəhərin çıxışında 20 kəsilmiş insan başı asdığı bildirilir.

Bundan başqa, "Peşmərgə" qüvvələri qadın paltarı geyinərək qaçmağa çalışan bir neçə İŞİD-çini saxlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31