Gündəm
KİVDF və “Azərişıq” ASC jurnalistləri mükafatlandırdılar
Oktyabrın 19-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdikləri "İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər” mövzusunda elan etdikləri fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib. 110/35/10 KV-luq Buzovna -2 Yarımstansiyasında baş tutan tədbirdə "Azərişıq" ASC-nin sədrinin müavinləri Vüqar Əhmədov, Ramil Yusifov, Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, müxtəlif media orqanlarının baş redaktorları, müsabiqədə qalib olan jurnalistlər iştirak ediblər.
«Silahlı Qüvvələr və media: informasiya qarşıdurması şəraitində əlaqəli əməkdaşlıq fəaliyyəti» mövzusunda «dəyirmi masa» keçirilib
Bu gün Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində «Silahlı Qüvvələr və media: informasiya qarşıdurması şəraitində əlaqəli əməkdaşlıq fəaliyyəti» mövzusunda «dəyirmi masa» keçirilib. Müdafiə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə keçirilmiş toplantıda ölkənin tanınmış, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin, internet xəbər saytlarının rəhbərləri, habelə müxtəlif güc strukturlarının media ilə işə məsul struktur bölmələrinin nümayəndələri iştirak ediblər.
Qərb Kremlə qarşı son silaha əl atır – ÖLDÜRÜCÜ OLACAQ
“ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirə bilər. Məhdudiyyətlər Suriyanın Hələb şəhərinin bombalanmasında günahkar olan Rusiya şirkətləri və yüksək vəzifəli şəxslərə aid olacaq”.
MDB ölkələri birgə antiterror təlimləri keçirəcək
MDB-yə üzv olan ölkələr birgə antiterror təlimləri keçirəcək. Trend bildirir ki, təlimlər 2017-ci ildə Tacikistanda keçiriləcək.
Gələn il Ramazan ayı mayın 27-də başlayacaq
Azərbaycanda gələn il Ramazan ayı miladi təqvimi ilə mayın 27-də başlayacaq. "Report" xəbər verir ki, Qədr gecələri 13, 15, 17 və 21 iyun tarixlərinə düşəcək.
Rusiyada tikintidə çalışan azərbaycanlı 9-cu mərtəbədən şaxtaya düşərək ölüb
Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı şaxtaya düşərək ölüb. APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə dünən gecə saatlarında Murino rayonunda yerləşən tikinti meydançalarının birində baş verib.
Bacısının əri ilə qoşulub qaçan qızın ölkədən çıxışına qadağa qoyuldu
Sentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevanın və onun qoşulub qaçdığı bacısının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlunun barəsində axtarış elan olunub.
Dəhşətli kadrlar: uşaqlar al-qana boyanana kimi döyüşürlər - VİDEO
Bu qorxunc görüntülər Çeçenistanda çəkilib. Milli.Az milliyet-ə istinadən bildirir ki, döyüş turniri keçirildiyi təxmin edilən bu ürəkağrıdıcı görüntülər sürətlə sosial şəbəkədə yayılıb.
Tələbə qızın əri onun evə gətirdiyi kişiləri kameraya çəkdi və...
İstanbulda universitet tələbəsinin varlı iş adamlarına qurduğu "oyun"un detalları məlum olub.
ABŞ-ın ikinci adamı türk olacaq?
"Vikiliks" saytı ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klintonun vitse-prezident postuna hazırladığı namizəd siyahısını yayımlayıb. Axar.az bildirir ki, 39 namizəd arasında türk əsilli iş adamı, Koka-Kola şirkətinin prezidenti Muxtar Kent də var.
Radikalların "siyasi məhbus" oyunu
Azərbaycanda bir qrup qondarma "hüquq müdafiəçisi" guya ölkədə siyasi məhbusların olduğunu iddia edərək yeni siyahı hazırlayıb. Siyahıda 94 nəfərin adı "siyasi məhbus" kimi təqdim edilib.
"Günəşli” yatağında daha bir quyu istismara verilib
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 13 saylı dərin dəniz özülündə 311 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. “OLAYLAR”-ın xəbərinə görə, quyu məhsuldar qat çöküntülərinin X horizontundan qazlift üsulu ilə məhsul verib, 3040-3005 metr intervaldan sutkalıq 40 ton neft və 7000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib
Azərbaycan Texniki Universitetində yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirilib.
Tokioda Azərbaycan haqqında yeni bələdçi nəşrin təqdimatı keçirilib
Yaponiyanın paytaxtı Tokioda ölkəmiz haqqında “Azerbaijan - Land of fire” (“Azərbaycan – Odlar yurdu”) adlı yeni bələdçi nəşrin təqdimatı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə yapon iş adamaları ilə yanaşı, bu ölkədəki Azərbaycan diasporunun üzvləri, kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak edib.
"Azərsu"-nun strukturuna dəyişikliklər edilib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə” 12 oktyabr 2016-cı il tarixli 410 nömrəli qərarı ilə Cəmiyyətin strukturu təkmilləşdirilib.














