Rusiyada tikintidə çalışan azərbaycanlı 9-cu mərtəbədən şaxtaya düşərək ölüb
Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı şaxtaya düşərək ölüb. APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə dünən gecə saatlarında Murino rayonunda yerləşən tikinti meydançalarının birində baş verib.
19 Oktyabr 2016 16:31 SosialRusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı şaxtaya düşərək ölüb.
APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə dünən gecə saatlarında Murino rayonunda yerləşən tikinti meydançalarının birində baş verib.
22 mərtəbəli binada suvaqçı işləyən azərbaycanlı kommunikasiya şaxtasına düşərək ölüb.
Soydaşımızın podratçı şirkətdə çalışdığı bildirilir. İş vaxtı bitəndən sonra o, 9-cu mərtəbədə təmizlik işləri aparırmış.
Onun meyiti şaxtada tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31