"Günəşli” yatağında daha bir quyu istismara verilib
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 13 saylı dərin dəniz özülündə 311 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. “OLAYLAR”-ın xəbərinə görə, quyu məhsuldar qat çöküntülərinin X horizontundan qazlift üsulu ilə məhsul verib, 3040-3005 metr intervaldan sutkalıq 40 ton neft və 7000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
19 Oktyabr 2016 16:02 SosialÖlkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 13 saylı dərin dəniz özülündə 311 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. "OLAYLAR"-ın xəbərinə görə, quyu məhsuldar qat çöküntülərinin X horizontundan qazlift üsulu ilə məhsul verib, 3040-3005 metr intervaldan sutkalıq 40 ton neft və 7000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" NQÇİ tərəfindən həyata keçirilir.