Gündəm
Dini ekstremizmin fəsadları müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Kürdəmir Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir Rayon şöbəsinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhərində “Dini radikalizm-dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Bakıda “Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması” mövzusunda elmi konfrans keçiriləcək
Noyabrın 10-11-də Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə “Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması” mövzusunda elmi konfrans keçiriləcək.
Şagirdlərə sürətli oxuma anlayışı öyrədilir
Azərbaycan Republikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və YAP Gənclər Birliyinin təşkilatı dəstəyi ilə "Vaxta qənaət, kitaba məhəbbət" layhəsinin növbəti 2 təlimi ERA Tam Orta Ümumtəhsil məktəbində baş tutub. “OLAYLAR”-ın xəbərinə görə, təlim müddətində peşəkar təlimçi Aytəkin xanım Əsgərova tərəfindən şagirdlərə sürətli oxuma anlayışı, oxumağı hansı vasitələrlə sürətləndirmək olar, sürətli oxumağın beyinə və yaddaşa təsiri, həmçinin beyin xəritələri və onların işlənmə mexanizmləri barədə məlumat verilib. Təlimin sonunda şagirdlərin oxuma sürətli müəyyən test tapşırıqları vasitəsilə yoxlanılıb. Layihənin əsas məqsədi son zamanlarda trendə çevrilmiş sürətli oxuma, beynin daha effektiv istifadəsi, beyin xəritələri ilə bağlı seminar-təlimlərlə bu sahə haqqında məlumatların verilməsi və ilkin texnikaların tədrisidir.
ADA” Universitetində yeni Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılır
“ADA” Universitetində BP-nin maliyyə dəstəyi ilə “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılır. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilən açılış mərasimində “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev mərkəzin universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun təşəbbüsü ilə yaradıldığını bildirib, mərkəzin fəaliyyətinə uğurlar arzulayıb. Rektor qeyd edib ki, yeni yaradılan mərkəzdən “ADA” Universitetinin tələbələri ilə yanaşı, digər ali təhsil ocaqlarının tələbələri də faydalanacaq. İnanırıq ki, yeni mərkəz bu sahə üzrə yerli mütəxəssislərin və yerli analitiklərin yetişdirilməsi istiqamətində yeni yol açacaq.
Azərbaycan diasporu Litva Seymində keçirilən sərgidə təmsil olunub
Litva Parlamentində təşkil olunan milli icmaların sərgisində Azərbaycan da təmsil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a verilən məlumata görə, „Litva Milli İcmaları: tarixin yolları ilə“ adlı sərgidə iyirmimilli icmanın yaranma tarixi, bu ölkədə təşəkkül tapmalarının ictimai-siyasi şəraiti, mədəniyyəti,maddi irsi və bu günkü fəaliyyəti haqqında bilgilər və fotogörüntülər yer alıb. Sərgidə Litva azərbaycanlılarına həsr olunmuş stend də nümayiş etdirilir.
Frankfurt kitab sərgisində elektron dərsliklər nümayiş etdirilir
Almaniyanın Frankfurt şəhərində təşkil edilən dünyanın ən böyük kitab sərgisində Təhsil Nazirliyi tərəfindən hazırlanan elektron dərsliklər nümayiş olunur.
ADU-da “Narkomaniya və zərərli vərdişlər mövzusunda tədbir keçirilib
Oktyabrın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər” mövzusunda tədbir keçirildi. Universitetin Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova, Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis polkovnik-leytenantı Elşad Məmmədli, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə, Regional psixologiya Mərkəzinin psixoloqu Mehriban Qafarova və universitetin tələbələri iştirak edirdilər.
İƏT Gömrük Xidməti Rəhbərləri Şurasının növbəti iclası keçirilib
Oktyabrın 19-da Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurasının 7-ci iclası keçirilib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı 1-ci yerə layiq görülmüşdür
16 oktyabr 2016-cı ildə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi və "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə Bakıda Kempo Full və Kempo Submission (Grappling Gi) üzrə Avrasiya çempionatı keçirilmişdir. Avrasiya Çempionatı Şağan Olimpiya İdman Kompleksində baş tutub. Çempionat Avropa və Asiya dövlətlərindən 12 komandadan 300-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparmışdır. Çempionatda Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ülvi Sadıqov 85 kq çəki dərəcəsində 18 yaşdan yuxarı idmançılar arasında iştirak edərək 1-ci yerə layiq görülmüşdür.
Səidə Sultandan Elnarəyə sərt CAVAB
Zaur Kamalın aparıcısı olduğu "5-də 5" verilişinin qonağı olan müğənni Elnarə Xəlilova bir sıra maraqlı açıqlamalarla diqqət çəkib.
Qalmaqallardan başı açılmayan Mətanət KÖMƏK İSTƏDİ
Qalmaqallardan başı açılmayan əməkdar artist Mətanət İsgəndərlini yenə qəzəbləndiriblər.
Son dəqiqə: Türkiyəyə mərmi atdılar - Yaralılar var
Osmaniyəyə top mərmisi atılıb. Milli.Az milliyet-ə istinadən bildirir ki, Osmaniyənin Amanos dağları ətəyindəki iki kəndə 3 top mərmisi atılıb. Səlimiyə və Gəbəlidə 3 evin həyətinə düşən mərmi ana ilə uşağı yaralayıb.
Aleksandr Mişenko Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukrayna Respublikasının ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüş olub. Görüşdə əlilliyi olan şəxslərin Ukraynada ixtisaslaşmış bərpa müalicəsinin təşkili məsələləri müzakirə olunub.
"Nazirlikdə aləmi bir-birinə qataram"
Vergilər Nazirliyi ilə şou-biznes nümayəndələri arasında borc qalmaqalı pik həddə çatıb. Adları nazirliyin "qara siyahı"sında yer alan sənət adamlarının bəziləri vergi borclarını versə də, tanınmışların çoxu "qara qəpik də verməyəcəyik" deyə israr edir.
İrandan Türkiyəyə TERROR XƏBƏRDARLIĞI
İranın Ankaradakı səfirliyi ölkə vətəndaşlarına Türkiyəyə təcili olmayan səfərləri ləğv etməyi məsləhət görüb.




.jpg)









