Fövqəladə Hallar Nazirliyinin əməkdaşı 1-ci yerə layiq görülmüşdür

16 oktyabr 2016-cı ildə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi və "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə Bakıda Kempo Full və Kempo Submission (Grappling Gi) üzrə Avrasiya çempionatı keçirilmişdir. Avrasiya Çempionatı Şağan Olimpiya İdman Kompleksində baş tutub. Çempionat Avropa və Asiya dövlətlərindən 12 komandadan 300-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparmışdır. Çempionatda Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ülvi Sadıqov 85 kq çəki dərəcəsində 18 yaşdan yuxarı idmançılar arasında iştirak edərək 1-ci yerə layiq görülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31