Bakıda “Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması” mövzusunda elmi konfrans keçiriləcək

Noyabrın 10-11-də Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə “Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması” mövzusunda elmi konfrans keçiriləcək.

Noyabrın 10-11-də Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə "Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması" mövzusunda elmi konfrans keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat xidmıətindən daxil olub. Bildirilib ki,  konfransda YUNESKO, İRSİKA kimi beynəlxalq təşkilatlardan, həmçinin Türkiyə, Fransa, İtaliyadan ekspertlərin iştirakı gözlənilir. Tədbirə hazırlıq məqsədilə 18 oktyabr tarixində Mədəniyyət və Turizm Nazirliyində görüş keçirilmişdir. Görüşdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə,  Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova iştirak edirdilər.  Görüşdə tədbirə hazırlıqla bağlı təşkilati məsələlər, həmçinin konfransın sessiyalarının mövzuları müzakirə edildi. Konfrans zamanı Qarabağın tarixi, mədəni və memarlıq irsi, Dağlıq Qarabağın Azərbaycan identikliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacağını bildirən S.Məmmədəliyeva tədbirin Azərbaycan üçün əhəmiyyətini və aktuallığını vurğuladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31