ADA” Universitetində yeni Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılır
“ADA” Universitetində BP-nin maliyyə dəstəyi ilə “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılır. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilən açılış mərasimində “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev mərkəzin universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun təşəbbüsü ilə yaradıldığını bildirib, mərkəzin fəaliyyətinə uğurlar arzulayıb. Rektor qeyd edib ki, yeni yaradılan mərkəzdən “ADA” Universitetinin tələbələri ilə yanaşı, digər ali təhsil ocaqlarının tələbələri də faydalanacaq. İnanırıq ki, yeni mərkəz bu sahə üzrə yerli mütəxəssislərin və yerli analitiklərin yetişdirilməsi istiqamətində yeni yol açacaq.
19 Oktyabr 2016 17:52 Sosial"ADA" Universitetində BP-nin maliyyə dəstəyi ilə "Big Data" Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılır. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilən açılış mərasimində "ADA" Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev mərkəzin universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun təşəbbüsü ilə yaradıldığını bildirib, mərkəzin fəaliyyətinə uğurlar arzulayıb. Rektor qeyd edib ki, yeni yaradılan mərkəzdən "ADA" Universitetinin tələbələri ilə yanaşı, digər ali təhsil ocaqlarının tələbələri də faydalanacaq. İnanırıq ki, yeni mərkəz bu sahə üzrə yerli mütəxəssislərin və yerli analitiklərin yetişdirilməsi istiqamətində yeni yol açacaq. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda ilk dəfə həyata keçirilən layihənin başlanması münasibətilə iştirakçıları təbrik edib, bu mərkəzin təhsilin inkişafına töhfələr verəcəyini vurğulayıb. Nazir qeyd edib ki, "Big Data" Elmi-Tədqiqat və Təlim Mərkəzi həm də ölkədə elm və tədqiqatlar üzrə yeni inkişaf sahəsinin başlanğıcını qoyacaq. Mərkəzdən faydalanan gənclər bu sahə üzrə qarşılaşacaqları maneələri asanlıqla dəf edə biləcəklər. Bu da onlara öz növbəsində, həm özəl sektorda, həm də dövlət sektorunda bir sıra sahələrdə və ixtisaslarda təhlil bacarıqlarının təkmilləşdirilməsinə yardım edəcək.
Bildirilib ki, layihənin icra müddəti 2016-cı il oktyabr ayından 2017-ci ilin dekabr ayınadək olan dövrü əhatə etməklə 15 ay təşkil edir. "ADA" Universiteti tərəfindən həyata keçiriləcək layihənin dəyəri 410 min dollardır.