AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib
Azərbaycan Texniki Universitetində yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirilib.
19 Oktyabr 2016 16:01 SosialAzərbaycan Texniki Universitetində yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, universitetin tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov tanınmış ədibi salamlayaraq dəvəti qəbul edib AzTU tələbələri ilə görüşə gəldiyi üçün yazıçıya təşəkkürünü bildirib. Prorektor qeyd edib ki, yazıçı ilə görüş tələbələrin Elxan Elatlı yaradıcılığına olan marağından yaranan bir ideya olub. Öz növbəsində Elxan Elatlı da tələbələrlə, gənclərlə görüşdən məmnunluq hissi duyduğunu bildirərək onu sevənlərlə yaradıcılığı haqqında səmimi söhbətə başlayıb. Yazıçının ali təhsilinin texniki sahəyə aid olmasını bildirməsi tələbələrin böyük marağına səbəb olub. Görüş zamanı məlum olub ki, yazıçının "Düşün bir az" (məntiqi riyaziyyat məsələləri) "Maraqlı məntiq məsələləri" əsərlərinin mövzusu məhz ixtisasdan, riyaziyyata olan maraqdan yaranıb. O, gənclərə romanlarında mütəmadi olaraq toxunduğu Qarabağ həqiqətləri, vətənin qəhrəman övladları, şanlı tariximiz haqqında danışıb. Görüşün sonunda Elxan Elatlı Azərbaycan Texniki Universitetinin Fəxri Qonağı diplomu ilə təltif olunub.