"Azərsu"-nun strukturuna dəyişikliklər edilib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə” 12 oktyabr 2016-cı il tarixli 410 nömrəli qərarı ilə Cəmiyyətin strukturu təkmilləşdirilib.
19 Oktyabr 2016 15:58 SosialAzərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə" 12 oktyabr 2016-cı il tarixli 410 nömrəli qərarı ilə Cəmiyyətin strukturu təkmilləşdirilib. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı Səhmdar Cəmiyyətin mətbuat xidməti yayıb. Qərara əsasən, "Azərsu" ASC-nin Ekologiya İdarəsi "Bakı Sukanal" İdarəsinə birləşdirilib. İndiyə qədər ayrıca struktur vahidi kimi fəaliyyət göstərmiş H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi və Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi Ceyranbatan Su Təchizatı İdarəsinin tərkibinə daxil edilib. Səhmdar Cəmiyyətin "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyəti və "Şəki Sukanal" Törəmə Səhmdar Cəmiyyəti "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxs kimi müəyyən olunub. Eyni zamanda, "Mingəçevir Sukanal" İdarəsi və "Şirvan Sukanal" İdarəsi "Birləşmiş Sukanal" MMC-nin tərkibinə daxil edilib.