«Silahlı Qüvvələr və media: informasiya qarşıdurması şəraitində əlaqəli əməkdaşlıq fəaliyyəti» mövzusunda «dəyirmi masa» keçirilib

Bu gün Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində «Silahlı Qüvvələr və media: informasiya qarşıdurması şəraitində əlaqəli əməkdaşlıq fəaliyyəti» mövzusunda «dəyirmi masa» keçirilib. Müdafiə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə keçirilmiş toplantıda ölkənin tanınmış, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin, internet xəbər saytlarının rəhbərləri, habelə müxtəlif güc strukturlarının media ilə işə məsul struktur bölmələrinin nümayəndələri iştirak ediblər.

Bu gün Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində "Silahlı Qüvvələr və media: informasiya qarşıdurması şəraitində əlaqəli əməkdaşlıq fəaliyyəti" mövzusunda "dəyirmi masa" keçirilib. Müdafiə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə keçirilmiş toplantıda ölkənin tanınmış, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin, internet xəbər saytlarının rəhbərləri, habelə müxtəlif güc strukturlarının media ilə işə məsul struktur bölmələrinin nümayəndələri iştirak ediblər.

"Dəyirmi masa"nı giriş sözü ilə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev açaraq bildirib ki, media ilə silahlı qüvvələrin daimi təmasda olması müharibə şəraitində yaşayan ölkə üçün son dərəcə önəmlidir. Bu, həm də onunla əsaslandırılır ki, hazırda müharibənin informasiya cəbhəsi daha çox aktual əhəmiyyət daşıyır.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun Müdafiə Nazirliyi ilə birgə təşəbbüslərinin ənənə halını aldığına diqqət çəkib. MŞ sədri ordu-media əməkdaşlığının davamlılığına ehtiyacın duyulduğunu əsaslandırarkən bir neçə məqam barədə söz açıb. O bildirib ki, 2014-cü ilin avqustunda cəbhə xəttində gərginlik yaranan zaman media məsələyə lazımi peşəkarlıqla yanaşmadı. Bu isə öz növbəsində problemlərə yol açdı. Ancaq 2016-cı ilin "aprel müharibəsi" dönəmində medianın fəaliyyət tərzi baxımından kifayət qədər peşəkar mənzərə var idi. Belə bir müsbət durumun yaranması isə qarşılıqlı əməkdaşlığın, aparılan məqsədyönlü işlərin nəticəsi idi. Ə.Amaşov mövcud xüsusda 2014-cü il avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin KİV rəhbərləri ilə keçirdiyi müşavirəni xatırladıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, Milli Ordu quruculuğunun dərinləşməsi istiqamətində görülən işlərin, cəbhə xəttində yaşananların təqdimatı ilk növbədə peşəkarlığa söykənən fəaliyyət olmalıdır. Peşəkarlıq isə vətənpərvərliyə əsaslanmalıdır. O, müxtəlif internet informasiya ehtiyatlarının reytinq qazanmaq üçün cəbhə xəbərlərindən manipulyasiyaya yol vermələrinin yolverilməzliyindən bəhs edib. Belə hallara münasibətdə cəmiyyətin, o cümlədən mütərəqqi media ictimaiyyətinin səfərbərliyini zəruri edən cəhətləri sadalayıb.

Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev də çıxışında diqqəti əsasən Milli Ordu sistemində baş verən olayların cəmiyyətə çatdırılmasındakı bəzi neqativ meyllərə çəkib. Mövcud xüsusda ayrı-ayrı KİV-lərin yanlış təəssürat formalaşdırmaqla cəmiyyətdə xoşagəlməz ovqat yaratdıqlarını deyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, Müdafiə Nazirliyinin media ilə təmaslarındakı səmərəlilik dövlətimiz üçün olduqca həssas mövzuya yanaşmanı formalaşdırmaq, ictimai rəyi düzgün şəkildə yönləndirmək baxımından son dərəcə əhəmiyyətlidir.

Görüşdə çıxış edənlərdən MŞ sədrinin müavini Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvləri - Milli Məclisin deputatı Aqil Abbas, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı, habelə "Olaylar" qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, "Azərfaks" İnformasiya Agentliyinin rəhbəri Nicat Dağlar, "Azeridefens" jurnalının baş redaktoru Rəşad Süleymanov, "Strateq.az" saytının rəhbəri Elxan Şükürlü, "Strategiya.az" saytının rəhbəri İsmayıl Qasımov və başqaları media-Silahlı Qüvvələr əməkdaşlığının intensivləşməsini aktual edən məqamlardan söz açaraq istər səmərəliliyin artırılmasına, istərsə də cəmiyyətdə vətənpərvərlik təbliğatının gücləndirilməsinə yönələn təkliflərini səsləndiriblər. Təkliflər Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qeydə alınıb və onların reallaşdırılması yolları ətrafında müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31