Tokioda Azərbaycan haqqında yeni bələdçi nəşrin təqdimatı keçirilib
Yaponiyanın paytaxtı Tokioda ölkəmiz haqqında “Azerbaijan - Land of fire” (“Azərbaycan – Odlar yurdu”) adlı yeni bələdçi nəşrin təqdimatı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə yapon iş adamaları ilə yanaşı, bu ölkədəki Azərbaycan diasporunun üzvləri, kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak edib.
19 Oktyabr 2016 16:00 SosialYaponiyanın paytaxtı Tokioda ölkəmiz haqqında "Azerbaijan - Land of fire" ("Azərbaycan - Odlar yurdu") adlı yeni bələdçi nəşrin təqdimatı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə yapon iş adamaları ilə yanaşı, bu ölkədəki Azərbaycan diasporunun üzvləri, kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak edib. Nəşrin müəllifi, "Bross Border Club" şirkətinin prezidenti Kazuyası İşida bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Yaponiyadakı səfirliyinin köməyi ilə yapon dilində buraxılan nəşrin məqsədi yapon turizm həvəskarlarını regionun lider dövləti olan Azərbaycan haqqında daha ətraflı məlumatlandırmaqdır. Azərbaycanın dövlət müstəqilliyi gününə təsadüf edən təqdimat mərasimində K.İşida bu tarixi günü xüsusi vurğulayaraq bildirib ki, sürətli və dinamik inkişafı ilə bütün dünyanın diqqətini çəkən Azərbycan füsunkar təbiəti, tarixi abidələri, zəngin mədəniyyəti və müsair tikililəri ilə turizm həvəskarlarını özünə cəlb edir. O, yüksək çap keyfiyyəti və ətraflı məlumatı ilə seçilən "Azerbaijan - Land of fire"nəşri yapon iş adamlarının və turizm həvəskarlarının ölkəmiz haqda ətraflı məlumatlar əldə etməsinə şərait yaradacağını əminliklə qeyd edib. "Yaponiya-Azərbaycan Dostluq Mərkəzi"nin sədri Xəlil Kələntər çıxış edərək tədbirə toplaşan çoxsaylı iş adamlarına minnətdarlığını
bildirib. Müstəqilliyinin 25 illiyini böyük nailiyyətlərlə qeyd etdiyini deyən X.Kələntər Azərbaycanın mühüm iqtisadi, siyasi və mədəni uğurlar qazandığını vurğulayıb. Tədbirdə yapon iş adamlarını maraqlandıran konkret istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.