Gündəm

Apellyasiya Şurasına 36 müraciət daxil olub

20 Oktyabr 2016 18:10

2016-cı ilin III rübü ərzində Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasının icraatında 23 vergi ödəyicisi üzrə 36 müraciət olmuşdur. Belə ki, 3 vergi ödəyicisi üzrə 3 müraciət 2016-ci ilin II rübündən qalıq qalmış, 20 vergi ödəyicisi üzrə 33 müraciət isə 2016-cı ilin III rübü ərzində daxil olmuşdur.

Ərzaq təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

20 Oktyabr 2016 18:09

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin inzibati binasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilib

20 Oktyabr 2016 18:06

Oktyabrın 20-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilib. Forumda sənaye, kimya, qida, tikinti, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.

Samuxda 53 sahibkarlara güzəştli kredit verilib

20 Oktyabr 2016 18:04

Oktyabrın 20-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondutərəfindən Samux rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib. Nazirlikdən verilən məlumata görə, 90-a yaxın sahibkarın iştirak etdiyi forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, 2016-cı ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1863 investisiya layihəsinin maliyyələşdirilməsinə 123 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 5800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 223,7 milyon manat güzəştli kredit verilib. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Samux və ətraf rayonlarda fəaliyyət göstərən 53 sahibkara 646 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, arıçılıq, tərəvəzçilik, üzümçülük, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək və 60-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək. Tədbir çərçivəsində həmçinin, Samux rayonunun Qarayeri qəsəbəsində və Ziyadlı kəndində güzəştli kredit ayrılmış istixana təsərrüfatlarına baxış keçirilib. Ümumilikdə, son illər 54 müasir istixana kompleksinin yaradılmasına 160,1 milyon manat güzəştli kredit verilib. Belə istixanaların yaradılması tərəvəz istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir.

Maşın qaçıran keçmiş məhkum saxlanıb

20 Oktyabr 2016 18:03

Paytaxtda maşın oğurluğu hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 7-də Ayaz Babayevə məxsus “VAZ-2104” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Firuz Nəzərəliyev saxlanb. Ətrafında aparılan araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

Oğurluğun üstü 15 gündən sonra açıldı

20 Oktyabr 2016 18:02

Səbail rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də Mehman Şahbazovun mənzilindən 4200 manat və 50 avro pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elxan Bağırov tutulub. Araşdırma aparılır.

Həmyerlisini güllələyən tutulub

20 Oktyabr 2016 18:01

Oktyabrın 17-də Gəncə şəhər sakini Mətləb Həsənzadə odlu silahdan aşılan atəş nəticəsndə yaralanıb. DİN-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən M.Həsənzadəyə tüfəngdən atəş açaraq xəsarət yetirdiyinə görə tutulmuş şəhər sakini Röyal İsmayılovun evinin həyətindəki yardımçı təsərrüfata baxış zamanı hadisəni törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Keçmiş məhkumlardan həşiş götürülüb

20 Oktyabr 2016 17:57

Astara sakinində narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Əhliman İmanzadədən və İran vətəndaşı, əvvəllər məhkum olunmuş Əkbər Şəfəqniyadan 36 qram həşiş və 22,4 qram marixuana götürülüb. Ə.İmanzadənin yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram həşiş aşkar edilərək götürülüb.

Azyaşlının qızıl sırğasını aparan ələ keçib

20 Oktyabr 2016 17:56

 Oktyabrın 7-də Gəncə şəhərinin 4-cü mikrorayon ərazisində naməlum şəxs soyğunçuluq yolu ilə şəhər sakini, azyaşlı Gülay Tahirlinin qızıl sırğasını almışdır. DİN-dən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin İlkin Orucov və Seymur Quluzadə tərəfindən törədilməsi müəyyən edilmiş və onlar tutulub. S.Quluzadədən 4,45 qram tiryək götürülüb.

Əmək Nazirliyində Dünya Bankının missiyası ilə əhalinin sosial müdafiəsi istiqamətində görülən işlər müzakirə olunub

20 Oktyabr 2016 17:55

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının missiyası ilə görüş keçirilib. Missiyaya Dünya Bankının Azərbaycan üzrə yeni ölkə meneceri Navid Naqvi, Dünya Bankının sosial müdafiə üzrə baş mütəxəssisi, tapşırıq qrupunun rəhbəri Marina Petroviç, aparıcı iqtisadçı Arvo Kudo və  səhiyyə üzrə baş mütəxəssis Elvira Anadolu daxildir.

Tarlada üzüm qaldı: Fermerdən 40 qəpiyə alınan üzüm niyə 3 manata satılır…

20 Oktyabr 2016 17:51

Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin 9 ayının yekunlarına həsr olunmuş iclasında üzümçülüyün inkişaf etdirilməsi üçün görülən tədbirlərdən danışdı və ölkə başçısı növbəti dəfə hökumət qarşısında konkret tələblər qoydu. Bu tələblərin icrası yaxın 1-2 ildə üzümçülüyün inkişafının yeni mərhələyə qədəm qoyacağına ümidləri artırır.

Parlament seçkilərinin ikinci turu üçün 2,5 milyon dollar tələb olunur

20 Oktyabr 2016 17:49

Gürcüstan Mərkəzi Seçki Komissiyası parlamentinə seçkilərin ikinci turunun keçirilməsi üçün büdcədən əlavə olaraq 2,5 milyon dollar tələb edib.

Prokuror Yusibov qardaşlarına üst-üstə 40 il cəza istəyib

20 Oktyabr 2016 17:48

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüqar və Zülfüqar Yusibov qardaşlarının cinayət işi növbəti məhkəmə prosesi keçirilib.

Savçenko Ali Radada qalmaqal yaratdı - VİDEO

20 Oktyabr 2016 17:46

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko parlamentin milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitənin iclasında qalmaqal yaradıb.

Rusiya XİN: Moskva Qarabağ münaqişəsinin həllində Türkiyənin konstruktiv rolunu alqışlaya bilər

20 Oktyabr 2016 17:44

ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi müzakirə olunmur, lakin Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupuna üzvü olan ölkələrin, o cümlədən Türkiyənin konstruktiv rolunu yalnız alqışlaya bilər.