Ərzaq təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin inzibati binasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin inzibati binasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov təhlükəsiz və rəqabətə davamlı kənd təsərrüfatı məhsullarının istehsalı, ərzaq təhlükəsizliyinin tam təmin olunması, yeni texnologiyaların tətbiqi və bu sahədə tədqiqatların genişləndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən sistemli tədbirlər barədə geniş məlumat verib. FAO-nun baş direktoru Jose Qratsiano da Silvanın əlamətdar günlə əlaqədar mesajını tədbir iştirakçılarına çatdıran FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak Ümumdünya Ərzaq Gününün mahiyyəti, təşkilatın qarşıya qoyduğu məqsədlər və ölkəmizdəki fəaliyyəti ilə bağlı ətraflı çıxış etmişdir. Xanım Çakmak bildirmişdir ki, artıq 177 dövlət İqlim Dəyişikliyi üzrə Paris razılaşmasını imzalamış və iqlim məsələləri həll olunmadan sıfır aclığa nail olmağın qeyri-mümkünlüyünü vurğulanıb. Tədbirin yekununda mövzu ətrafında geniş müzakirələr aparılıbır. Eyni zamanda, tədbirdə iştirak edən 283 saylı orta məktəbin şagirdləri üçün Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinə səfər təşkil olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31