Prokuror Yusibov qardaşlarına üst-üstə 40 il cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüqar və Zülfüqar Yusibov qardaşlarının cinayət işi növbəti məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüqar və Zülfüqar Yusibov qardaşlarının cinayət işi növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytına bu barədə vəkil Ceyhun Yusifov məlumat verib. Vəkil bildirib ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Yusibov qardaşlarının hər birinin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi noyabrın 2-də davam edəcək.

Qeyd edək ki, bu qətl hadisəsi 2014-cü il, iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində qeydə alınıb. Məmmədov və Yusifovlar (onlar qohumdur) arasında borc üstündə düşən dava qətllə nəticələnib.

Belə ki, qəsəbə sakini, 25 yaşlı Vüqar İsmayil oğlu Yusifov borclu olduğu qohumları Asif və Vasif Məmmədovlar tərəfindən dəfələrlə təhdid olunub. Tərəflərin mübahisəsi sonda davaya çevrilib, Vuqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayit Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da həkimlər V.Məmmədovun həyatını xilas edə bilməyiblər.

Abşeron Rayon Polis Şöbəsində istintaq aparılan zaman məlum olub ki, Vüqar Yusifovun qardaşı Zülfüqar Yusifov da hadisə yerində olub. Vüqar və Zülfüqar Yusifov qardaşları Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunurlar. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31