Rusiya XİN: Moskva Qarabağ münaqişəsinin həllində Türkiyənin konstruktiv rolunu alqışlaya bilər

ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi müzakirə olunmur, lakin Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupuna üzvü olan ölkələrin, o cümlədən Türkiyənin konstruktiv rolunu yalnız alqışlaya bilər.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Minsk qrupunun bütün üzvlərinin birbaşa vəzifəsi Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31