Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilib
Oktyabrın 20-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilib. Forumda sənaye, kimya, qida, tikinti, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.
20 Oktyabr 2016 18:06 SosialOktyabrın 20-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilib. Forumda sənaye, kimya, qida, tikinti, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib. AZPROMO-nun rəhbəri Rüfət Məmmədov tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə geniş məlumat verib. Bildirilib ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb. Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapıb. Rüfət Məmmədov BƏƏ iş adamlarını ölkəmizdə yaradılmış investisiya imkanlarından yararlanmağa, azərbaycanlı iş adamları ilə fəal əməkdaşlığa dəvət edib. Birləşmiş Ərəb Əmirliklərinin "Dubai Exports" təşkilatının icraçı direktorunun müavini Mohammed Ali Əl Kamali bu gün keçirilən növbəti Azərbaycan - BƏƏ biznes forumunun iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, BƏƏ-də iş adamlar üçün yaradılmış biznes imkanları və investisiya mühiti barədə məlumat verib. İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Orxan Məmmədov son dövrlər Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi, investisiyaların təşviqi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək, ixraca dəstək mexanizmlərinin ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində, ixrac imkanlarının artırılmasında əhəmiyyətini vurğulayıb.