Savçenko Ali Radada qalmaqal yaratdı - VİDEO
Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko parlamentin milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitənin iclasında qalmaqal yaradıb.
20 Oktyabr 2016 17:46 DünyaUkrayna Ali Radasının deputatı Nadejda Savçenko parlamentin milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitənin iclasında qalmaqal yaradıb.
Olaylar.az publika.az-a istinadən bildirir ki, deputat iclas salonunu tərk edib.
O, bununla da deputatlara bir sıra əhəmiyyətli məsələlər üzrə kvorumu toplamağa mane olub. İclasda 2017-ci ilin hərbi büdcəsi, təcavüz şəraitində Ukraynanın informasiya məkanının müdafiəsi üzrə ölçülər haqqında Ukrayna Təhlükəsizlik Komitəsinin hesabatı, həmçinin Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi imkanı müzakirə edilirdi.
Həmkarları Savçenkonun hərəkətini sərt şəkildə tənqid ediblər. "Xalq Cəbhəsi" fraksiyasından Yuri Bereza Savçenkonu piar aparmaqda ittiham edib və onun hərəkətini "yaraşmayan davranış" adlandırıb.