Apellyasiya Şurasına 36 müraciət daxil olub
2016-cı ilin III rübü ərzində Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasının icraatında 23 vergi ödəyicisi üzrə 36 müraciət olmuşdur. Belə ki, 3 vergi ödəyicisi üzrə 3 müraciət 2016-ci ilin II rübündən qalıq qalmış, 20 vergi ödəyicisi üzrə 33 müraciət isə 2016-cı ilin III rübü ərzində daxil olmuşdur.
20 Oktyabr 2016 18:10 İqtisadiyyat2016-cı ilin III rübü ərzində Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasının icraatında 23 vergi ödəyicisi üzrə 36 müraciət olmuşdur. Belə ki, 3 vergi ödəyicisi üzrə 3 müraciət 2016-ci ilin II rübündən qalıq qalmış, 20 vergi ödəyicisi üzrə 33 müraciət isə 2016-cı ilin III rübü ərzində daxil olmuşdur. Nazirlikdən verilən məlumata görə, Şuranın icraatına daxil olan müraciətlərdən 7 vergi ödəyicisi üzrə 9 müraciət kameral vergi yoxlamasının, 9 vergi ödəyicisi üzrə 12 müraciət səyyar vergi yoxlamasının, 4 vergi ödəyicisi üzrə 8 müraciət operativ vergi nəzarətinin nəticələri, 2 vergi ödəyicisi üzrə 6 müraciət artıq ödənilmiş vergilərin qaytarılması, 1 vergi ödəyicisi üzrə 1 müraciət xronometraj metodu ilə aparılmış müşahidənin nəticələri ilə bağlı olmuş, 8 vergi ödəyicisi üzrə 10 müraciət isə 1 oktyabr 2016-cı il tarixinə qalıq qalmışdır. Şuranın icraatında olan müraciətlərin hər biri üzrə Şuranın Katibliyi tərəfindən bütün lazımi materiallar toplanılmış, Şura üzvlərinin rəyləri alınmış, Şuranın sədri ilə razılaşdırılmaqla iclaslar təyin edilmiş, qeyd olunan iclaslarda maraqlı şəxslərin iştirakı təmin edilmiş və müraciətlər üzrə inzibati araşdırmanın nəticəsi olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun, "Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurası haqqında Əsasnamə"nin və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun qərarlar qəbul edilmişdir. Şurada baxılaraq müvafiq qərarlar qəbul edilmiş 36 müraciətin 13-ü tam və ya qismən təmin edilmiş, 4-ü təmin edilməmiş, 1-inin icraatına xitam verilmiş, 8-i üzrə ödəyicilərə izahedici məktublar göndərilmiş, 10 müraciət üzrə inzibati araşdırmanın müddəti növbəti rübə keçmişdir.