Samuxda 53 sahibkarlara güzəştli kredit verilib

Oktyabrın 20-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondutərəfindən Samux rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib. Nazirlikdən verilən məlumata görə, 90-a yaxın sahibkarın iştirak etdiyi forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, 2016-cı ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1863 investisiya layihəsinin maliyyələşdirilməsinə 123 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 5800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 223,7 milyon manat güzəştli kredit verilib. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Samux və ətraf rayonlarda fəaliyyət göstərən 53 sahibkara 646 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, arıçılıq, tərəvəzçilik, üzümçülük, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək və 60-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək. Tədbir çərçivəsində həmçinin, Samux rayonunun Qarayeri qəsəbəsində və Ziyadlı kəndində güzəştli kredit ayrılmış istixana təsərrüfatlarına baxış keçirilib. Ümumilikdə, son illər 54 müasir istixana kompleksinin yaradılmasına 160,1 milyon manat güzəştli kredit verilib. Belə istixanaların yaradılması tərəvəz istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir.

Oktyabrın 20-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondutərəfindən Samux rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib. Nazirlikdən verilən məlumata görə, 90-a yaxın sahibkarın iştirak etdiyi forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, 2016-cı ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1863 investisiya layihəsinin maliyyələşdirilməsinə 123 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 5800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 223,7 milyon manat güzəştli kredit verilib. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Samux və ətraf rayonlarda fəaliyyət göstərən 53 sahibkara 646 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, arıçılıq, tərəvəzçilik, üzümçülük, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək və 60-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək. Tədbir çərçivəsində həmçinin, Samux rayonunun Qarayeri qəsəbəsində və Ziyadlı kəndində güzəştli kredit ayrılmış istixana təsərrüfatlarına baxış keçirilib.
Ümumilikdə, son illər 54 müasir istixana kompleksinin yaradılmasına 160,1 milyon manat güzəştli kredit verilib. Belə istixanaların yaradılması tərəvəz istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31