Gündəm

Türkiyə niyə Minsk Qrupunun həmsədri ola bilmir? 

21 Oktyabr 2016 14:25

Son vaxtlarda Türkiyənin Avrasiya bölgəsində rolu və imkanlarının artımı müşahidə olunmaqdadır. Ərəb ölkələrində yaşanan siyasi təlatümlərlə bağlı Türkiyənin dünyəvi modeli supergüclərin narahatçılığına səbəb olub. Xüsusən, rəsmi Ankaranın regiondakı münaqişələrin, o cümlədən Dağlıq Qarabaq probleminin tənzimlənməsindəki fəallığı ATƏT-in Mİnsk qrupu həmsədr ölkələri tərəfindən birmənalı qarşılanmayıb.

Psixoloji yardımla bağlı hüquqi bazanın yaradılmasına ehtiyac var

21 Oktyabr 2016 14:18

Azərbaycan tarixində ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra bütün sahələr kimi səhiyyə sahəsində də müsbət dinamika müşahidə edilməyə başladı. Sovet dövründən baxımsız vəziyyətdə qalan tibb müəssisələri təmir edildi, yeni, müasir standartlara cavab verən avadanlıqlarla təmin edildi.

"Ərimlə yad qadın maşının arxa oturacağında..."

21 Oktyabr 2016 14:12

Türkiyəli müğənni və aktrisa Yeşim Salkım canlı yayımda şəxsi həyatı ilə bağlı etiraflar edib.

Sel sularının vurduğu fəsadlar aradan qaldırılır  

21 Oktyabr 2016 14:05

Son günlər Bakı şəhərində iqlim normasından artıq intensiv yağan güclü leysan yağışları nəticəsində rayonumuzun bir sıra yaşayış məntəqələrində subasma halları baş verib, sakinlərin normal həyat şəraiti pozulub.

SAM rəhbəri Soçiyə gedir

21 Oktyabr 2016 14:04

Oktyabrın 24-27-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Rusiyanın Soçi şəhərində səfərdə olacaq. “OLAYLAR”-ın SAM-a istinadən verdiyi xəbərə görə, səfər zamanı SAM rəhbəri “Валдай” Beynəlxalq Müzakirə Klubunun İnkişaf və Dəstək Fondu tərəfindən keçiriləcək “Gələcək bu gün başlayır: sabahkı dünyanın hüdudları” mövzusunda konfransda iştirak edəcək. Konfransda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və digər dövlət qurumlarının rəhbərləri iştirak edəcək.

Nyu-Yorkda müstəqillik günü qeyd edilib 

21 Oktyabr 2016 14:02

Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü Nyu-Yorkda da qeyd edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, şəhərin maliyyə mərkəzi olan Uol Stritin “Bowling Green” parkında keçirilən tədbir Nyu-York Azərbaycanlıları Assosiasiyası tərəfindən təşkil olunub. Tədbirdə ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər. ABŞ-ın və Azərbaycanın dövlət himnlərinin səslənməsindən sonraNyu-York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Yerdələnli və təşkilatınvitse-prezidenti Zəminə Mirhadıyeva çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasının iyirmi beş illiyinin ABŞ-da qeyd olunmasının önəmini vurğulayıblar. “Bowling Green” parkında keçirilən bayram tədbiri çərçivəsində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.

Azərbaycanda sönmüş sürüşmə sahələri yenidən fəallaşıb

21 Oktyabr 2016 13:59

Son günlər Azərbaycanda davamlı yağışların yağması nəticəsində əvvəllər sönmüş sürüşmə sahələrində yenidən fəallaşma baş verib.

MN: Erməni tərəfinin məlumatı vəziyyətin gərginləşdirilməsinə yönəlib

21 Oktyabr 2016 13:58

Erməni tərəfinin guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumat həqiqətə uyğun deyil və növbəti dəfə qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlib.

Azərbaycan dilinin normalarını pozanlar cərimələnə bilər

21 Oktyabr 2016 13:55

"Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsi tətbiq edilə bilər". Olaylar.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu deyib.

Reytinq sırasında birinci olan serial da final

21 Oktyabr 2016 13:54

Avqustun 20-də FOX kanalında nümayiş edilməyə başlanan "Rüzgarın Kalbi" serialı maraqlı ssenarisi ilə milyonları ekran başına cəlb edərək az bir zaman içində reytinqlərdə ən üst sıradakı yerlərə qədər gəlmişdi. Ancaq ən son gələn xəbərlərə görə, serial bu ayın 24-də tamaşaçılarla vidalaşacaq. Ən üst reytinq sırasında yer alan serial hansı səbəbə görə qəflətən yayımdan çıxarılır? Səbəb serialın nümayiş etdirildiyi gün ilə əlaqədarmış. Filmin çəkiliş heyətinin açıqlamasına görə, serial həftənin şənbə günləri ekrana çıxırdı, ancaq kanal rəhbərliyi nümayiş tarixini bazarertəsi gününə dəyişdirdiyi üçün serial ciddi düşüşə keçib və “Rüzgarın Kalbi”nin çəkilişinin dayandırılmasına qərar verilib. Xəbəri “Olaylar”ın türkiyə bürosu yayıb.

Çingizxan haqqında yeni maraqlı faktlar aşkarlanıb

21 Oktyabr 2016 13:50

Son aylarda Cənubi Koreya və Monqolustandan olan birgə tədqiqatçı qrupu ölkənin Cənubunda yerləşən və Çingizxanın ailəsinə aid olan Tavan-Tolqoy qəbir kompleksində araşdırmalara başlayıb.

9-cu mərtəbədən düşən 19 yaşlı qız dünyasını dəyişib

21 Oktyabr 2016 13:38

Bakıda 19 yaşlı qız faciəli şəkildə ölüb. Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə rayonun Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi ev 56, mənzil 27 ünvanında qeydə alınıb. Orada yaşayan 1997-ci il təvəllüdlü Sərfinaz Salman qızı Əsgərova yaşadığı binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Evə basqın edən maskalının axtarışı aparılır

21 Oktyabr 2016 13:35

Bakıda yaşayış evinə basqın olub. Hadisə ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1944-cü il təvəllüdlü Hətəm Namazovun yaşadığı evə daxil olan maskalı şəxs onu döyərək pul tələb edib. Ev sahibinin səs-küy saldığını görən maskalı şəxs qaçıb. Baş vermiş hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırmalar başlanıb. 

20 yaşlı qız özünü dənizə atmaq istədi 

21 Oktyabr 2016 13:30

Bakıda 20 yaşlı qız özünü dənizə atmaq istəyib. Hadisə ötən gecə Dənizkənarı Milli Parkda qeydə alınıb. 20 yaşlı Əsmər Baxşıyeva intihar məqsədi ilə özünü dənizə atmaq istəyib. Polis əməkdaşlarının müdaxiləsi nəticəsində o, fikrindən daşındırılıb və intiharın qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır. 

Yasamalda qəbirəstanlıq yanıb

21 Oktyabr 2016 13:27

Bakıda qəbiristanlıqda yanğın olub. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda qəbirstanlığının ərazisində ümumi sahəsi 15 m2 olan fəhlələrin geyinib-soyunma otağının tavanı yanıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.