Çingizxan haqqında yeni maraqlı faktlar aşkarlanıb

Son aylarda Cənubi Koreya və Monqolustandan olan birgə tədqiqatçı qrupu ölkənin Cənubunda yerləşən və Çingizxanın ailəsinə aid olan Tavan-Tolqoy qəbir kompleksində araşdırmalara başlayıb.

Son aylarda Cənubi Koreya və Monqolustandan olan birgə tədqiqatçı qrupu ölkənin Cənubunda yerləşən və Çingizxanın ailəsinə aid olan Tavan-Tolqoy qəbir kompleksində araşdırmalara başlayıb. Dəfn edilən şəxslərdən alınan DNK və sümük nümunələrinin təhlili nəticəsində çox maraqlı faktlar ortaya çıxıb. Dəfn edilənlərin kəllələrində monqoloid irqinin bəzi cizgiləri müşəhidə edilsə də onların əsasən avropoid irqinə mənsub olduğu müəyyən edilib.Təhqiqat zamanı Çingizxanın ailəsindən olan 4 kişi və 3 qadın skeletindən nümunələr alınıb. Dəfn edilənlərin Çingizxanın həyatda olduğu 1130-1220 illəri arasında vəfat etdiyi də müəyyən edilib. Məzarlarda Çingizxanın tayfasına aid
olan çoxlu sayda Şahin (Qızıl -Quş) nəqşli qızıl ziynət əşyalarının aşkarlandığı bildirilir. Bəzi antropoloq alimlərin mülahizəsinə görə, Çingizxanın Borcigin tayfası xüsusi asiya antropoloji qaploqruppuna aid ola bilər .

Qeyd edək ki, bir çox tarixi əsərlərdə Çingizxanın sarışın və mavi gözlü bir şəxs olduğu qeyd edilib. Xəbəri "Olaylar"ın türkiyə bürosu yayıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31