SAM rəhbəri Soçiyə gedir

Oktyabrın 24-27-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Rusiyanın Soçi şəhərində səfərdə olacaq. “OLAYLAR”-ın SAM-a istinadən verdiyi xəbərə görə, səfər zamanı SAM rəhbəri “Валдай” Beynəlxalq Müzakirə Klubunun İnkişaf və Dəstək Fondu tərəfindən keçiriləcək “Gələcək bu gün başlayır: sabahkı dünyanın hüdudları” mövzusunda konfransda iştirak edəcək. Konfransda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və digər dövlət qurumlarının rəhbərləri iştirak edəcək.

Oktyabrın 24-27-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Rusiyanın Soçi şəhərində səfərdə olacaq. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, səfər zamanı SAM rəhbəri "Валдай" Beynəlxalq Müzakirə Klubunun İnkişaf və Dəstək Fondu tərəfindən keçiriləcək "Gələcək bu gün başlayır: sabahkı dünyanın hüdudları" mövzusunda konfransda iştirak edəcək. Konfransda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və digər dövlət qurumlarının rəhbərləri iştirak edəcək.

Qeyd edək ki, "Валдай" Beynəlxalq Müzakirə Klubu 2004-cü ildə təsis olunmuşdur. Fəaliyyətdə olduğu müddət ərzində rusiyalı alimlərin, siyasətçilərin və dövlət nümayəndələrinin nüfuzlu dünya ekspertləri ilə müzakirələr meydanına çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31