Nyu-Yorkda müstəqillik günü qeyd edilib 

Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü Nyu-Yorkda da qeyd edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, şəhərin maliyyə mərkəzi olan Uol Stritin “Bowling Green” parkında keçirilən tədbir Nyu-York Azərbaycanlıları Assosiasiyası tərəfindən təşkil olunub. Tədbirdə ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər. ABŞ-ın və Azərbaycanın dövlət himnlərinin səslənməsindən sonraNyu-York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Yerdələnli və təşkilatınvitse-prezidenti Zəminə Mirhadıyeva çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasının iyirmi beş illiyinin ABŞ-da qeyd olunmasının önəmini vurğulayıblar. “Bowling Green” parkında keçirilən bayram tədbiri çərçivəsində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.

Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü Nyu-Yorkda da qeyd edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, şəhərin maliyyə mərkəzi olan Uol Stritin "Bowling Green" parkında keçirilən tədbir Nyu-York Azərbaycanlıları Assosiasiyası tərəfindən təşkil olunub. Tədbirdə ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər. ABŞ-ın və Azərbaycanın dövlət himnlərinin səslənməsindən sonra Nyu-York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Yerdələnli və təşkilatınvitse-prezidenti Zəminə Mirhadıyeva çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasının iyirmi beş illiyinin ABŞ-da qeyd olunmasının önəmini vurğulayıblar. "Bowling Green" parkında keçirilən bayram tədbiri çərçivəsində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31