Gündəm

“Bank Standard” Gülər Əhmədovanın 27 minini qaytarmır?

21 Oktyabr 2016 15:00

Oktyabrın 21-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda “Kredit büroları haqqında” qanun layihəsi müzakirəyə (ikinci oxunuşda) çıxarılıb.

Penitensiar Xidmətdən qiyam açıqlaması

21 Oktyabr 2016 14:59

“Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeçiliyində olan ayrı-ayrı müəssisələrdə, o cümlədən 13 və 6 saylı cəzaçəkmə müəssisələrində, Bakı İstintaq təcridxanasında məhkumlara qarşı qanuna zidd hərəkətlərin törədilməsi, cəza çəkənlər arasında kütləvi iğtişaşların baş verməsi, müəssisələrə xüsusi təyinatlı dəstələrin yeridilməsi, məhkumlardan, eləcə də onlara baş çəkən qohumlarından pul tələb edilməsi kimi həqiqəti əks etdirməyən məlumatlar dərc edilir”. Bu fikirləri Penitensiar Xidmətin mətbuaxt xidməti son zamanlar bu strukturla bağlı mediada yayılan xəbərlərə münasibət bildirərkən açıqlayıb.

Problemli kreditlərlə bağlı qərar veriləcək

21 Oktyabr 2016 14:57

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank sektorunun problemli aktivlərini “bir dam altında” birləşdirməyi planlaşdırır.

Banklara dəstək mexanizmi hazırlanır

21 Oktyabr 2016 14:56

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda sistem əhəmiyyətli banklara dəstək mexanizmi hazırlayıb. Bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

ABŞ-ın müdafiə naziri: "Türkiyə Mosul əməliyyatında olmalıdır"

21 Oktyabr 2016 14:54

"Türkiyənin Mosul əməliyyatında iştirak etməsi lazımdır". Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Ankarada səfərdə olan ABŞ müdafiə naziri Eşton Karter deyib.

Seneqal Azərbaycan təcrübəsindən bəhrələnmək istəyir

21 Oktyabr 2016 14:53

Milli Məclisin Sədr müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Seneqal Respublikası Baş Gömrük İdarəsinin Baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən verilən məlumata görə, Valeh Ələsgərov qonaqlara Milli Məclisin fəaliyyəti, strukturu və parlamentarizm ənənələri barədə geniş məlumat verib. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi, iki ölkə arasında beynəlxalq sənədlərin imzalanmasının vacibliyi, energetika sahəsində əməkdaşlıq, investisiyaların qarşılıqlı təşviqi, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iri energetika və nəqliyyat layihələri, Azərbaycanda energetika sahəsində həyata keçirilən işlər müzakirə mövzusu olub.

Yaxın Şərq uğrunda mübarizə yeni mərhələdə

21 Oktyabr 2016 14:49

Yaxın Şərq uğrunda mübarizənin yeni mərhələsi başlayıb. Hazırda İraqın Mosul şəhərində İŞİD terror təşkilatına qarşı Birləşmiş Ştatların rəhbərliyi altında beynəlxalq koalisiyanın apardığı mübarizə, eləcə də ona olan beynəlxalq reaksiya bunu təsdiqləyir. Belə ki, Mosul əməliyyatlarından Türkiyənin hər vəchlə kənarlaşdırılması fonunda bunu aydın görmək mümkündür. Əslində isə bu Türkiyə ilə yanaşı Rusiyaya da ünvanlanmış bir mesajdır. Yəni, Vaşinqton və onun sadiq “müttəfiqləri” bununla bəyan etmiş olurlar ki, Yaxın Şərq məhz həmin güclərin nəzarəti altında olmalıdır. Eyni zamanda Mosul əməliyyatı Suriya lideri Bəşər Əsəd və onu bu ölkədə qanlı toqquşmalar başlayan gündən ciddi cəhdlə müdafiə edən Rusiyaya bir xatırlatmadır ki, Mosuldan sonra sırada Dəməşq ola bilər. Bütün bu proseslərin regionda ciddi bir münaqişəyə gətirib çıxaracağını istisna etməyən ekspertlər iddia edirlər ki, əslində beynəlxalq koalisiyanın başladığı mübarizə tam mənada İŞİD terror təşkilatına qarşı deyil. Sadəcə İŞİD burada istinad nöqtəsidir. Başlıca məqsəd Birləşmiş Ştatların Yaxın Şərqə nəzarətini təmin etməkdir.

“Son bir ildə qəbul edilmiş qətiyyətli qərarlar...”

21 Oktyabr 2016 14:46

2017-ci ilin dövlət büdcəsi barədə göstəricilər cəmiyyətə açıqlandıqdan dərhal sonra ənənəvi olaraq fəaliyyətlərini yerli-yersiz hökuməti, hakimiyyəti tənqid etmək üzərində quranlar yenidən hərəkətə keçdilər. Növbəti ilin dövlət büdcəsinin gəlir və xərclər hissəsinin nisbətən azalmasını əldə bayraq tutan bəzi şəxslər cəmiyyəti çaşdıraraq guya Azərbaycanın dərin böhran astanasında olduğunu iddia edirlər. Təbii ki, onların bu cür qərəzli və qeyri-obyektiv dəyərləndirmələrinə qarşı əsaslı arqumentlər gətirən, vəziyyətin heç də fəlakətli həddə olmadığını faktlarla sübut edən ekspertlər, iqtisadçılar da var.

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib

21 Oktyabr 2016 14:39

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vidadi Zeynalovun cinayət işi üzrə 205 şahid, 11 təqsirləndirilən şəxs var

21 Oktyabr 2016 14:37

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş və şahidlərin sayı məlum olub.

Avropa Liqasının rəmzi 11-liyi açıqlandı

21 Oktyabr 2016 14:36

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu üçün rəmzi komandasını elan edib.

Oğlan sevgilisini xırda səbəbə görə bu hala saldı

21 Oktyabr 2016 14:34

Şotlandiyada sevgilisinə 4 saat ərzində işgəncə verən oğlana 21 aylıq həbs cəzası verilib.

Ölkədə qrip epidemiyası təhlükəsi yaranıb? - AÇIQLAMA

21 Oktyabr 2016 14:31

"Hazırda qrip infeksiyasının elə bir ciddi təhlükə təşkil edən dövrü deyil. Ölkə üzrə qrip virusuna yoluxma hallarında azalma müşahidə olunur".

"Qızıl Məryəm"in qızı: "Anamı sevgilim öldürüb..."

21 Oktyabr 2016 14:29

Bu gün Bakı Ağır Cinayətlər Məhkəmsində Bakıda "Qızıl Məryəm" kimi tanınan Məryəm Nemətzadənin qətlində təqdirləndirilən qızı Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Milli valyutanın möhkəmləndirilməsinə ehtiyac var

21 Oktyabr 2016 14:28

Məlum olduğu kimi bir müddət öncə Azərbaycan Mərkəzi Bankı (AMB) dollar alqı-satqısı ilə bağlı qaydaları dəyişib. Yeni hərrac mexanizminə görə, bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir. Yəni, banklar valyutanı həm ala, də sata biləcəklər. Məzənnə isə tələb-təklifə görə müəyyən olunacaq. Maraqlıdır, qaydaların dəyişdiyi ötən müddət ərzində manatın möhkəmlənməsində hansı proseslər baş verib? Yeni hərrac mexanizmi bazarda nələri dəyişib?