Milli valyutanın möhkəmləndirilməsinə ehtiyac var
Məlum olduğu kimi bir müddət öncə Azərbaycan Mərkəzi Bankı (AMB) dollar alqı-satqısı ilə bağlı qaydaları dəyişib. Yeni hərrac mexanizminə görə, bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir. Yəni, banklar valyutanı həm ala, də sata biləcəklər. Məzənnə isə tələb-təklifə görə müəyyən olunacaq. Maraqlıdır, qaydaların dəyişdiyi ötən müddət ərzində manatın möhkəmlənməsində hansı proseslər baş verib? Yeni hərrac mexanizmi bazarda nələri dəyişib?
21 Oktyabr 2016 14:28 İqtisadiyyatMərkəzi Bank manatın möhkəmlənməsi siyasətini davam etdirməlidir
Məlum olduğu kimi bir müddət öncə Azərbaycan Mərkəzi Bankı (AMB) dollar alqı-satqısı ilə bağlı qaydaları dəyişib. Yeni hərrac mexanizminə görə, bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir. Yəni, banklar valyutanı həm ala, də sata biləcəklər. Məzənnə isə tələb-təklifə görə müəyyən olunacaq. Maraqlıdır, qaydaların dəyişdiyi ötən müddət ərzində manatın möhkəmlənməsində hansı proseslər baş verib? Yeni hərrac mexanizmi bazarda nələri dəyişib?
Qeyd edək ki, Mərkəzi Bank keçən ildən etibarən "üzən məzənnə"yə keçdiyini elan etsə də, əslində bu istiqamətdə yeni hərracları qaydaları indi müəyənləşir. Məhz bu səbədən yeni qaydaların hansı effekt verəcəyi qeyri-müəyyən olaraq qalır. İqtisadçı Vüqar Bayramov deyib ki sentybarın ortalarında proqnozlaşdırdığım kimi, manatın qısa müddətli möhkəmlənməsi valyuta bazarında dolların güclənməsi ilə əvəz olunmaqdadır. Odur ki, manatın taleyi əvvəlcədən pronozlaşdırılan kimi oldu: "Bununla da təxminən 1 aylıq möhkəmlənən manat iqtisadi səbəblərdən dollara qarşı yenidən dəyər itirməkdədir. Dolların yenindən möhkəmlənəcəyi gözlənilən və proqnozlaşdırılan idi. Belə ki, Mərkəzi Bankın manat bazasını məhdudlaşdırması və hərraclarda xarici valyuta intervensiyası uzun deyil, qısa müddətli dövr üçün səmərəli alətlərdir. Digər tərəfdən, neftin dünya bazar qiyməti azalmağa başladıqdan sonra 11 milyard dollardan artıq vəsaiti xərcləyən Mərkəzi Bankın təxminən 4 milyard dollarlıq valyuta ehtiyatları ilə manevr imkanları da məhdudlaşdıb". Ekspert deyib ki, daha çox Dövlət Neft Fondunun valyuta təklifləri üzərində prosesə müdaxilə etməyə çalışan Mərkəzi Bankın intervensiya məbləğinin mərhələli şəkildə azalacağı şübhəsizdir: "Bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondu isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat transfer etməsi gözlənilirdi. Amma büdcənin icrası ilə bağlı açıqlanan son rəqəmlər göstərir ki, heç də nəzərdə tutulan məbləğin hamısı büdəcəyə köçürülməyəcək. Fond bu ilin ötən aylarında 3 milyard dollardan artıq valyutanı hərraclar vasitəsi ilə manata çevirib. Neft Fondu büdcə öhədlikləri başa çatanadək hərraclara çıxacaq, Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq". V.Bayramovun sözlərinə görə, hər iki qurum orta və uzun müddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyillər: "Bu baxımdan, valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa hərraca Dövlət Neft Fondu və Mərkəzi Bankın nə qədər valyuta çıxarmasından asılı olsa da, böyük həcmdə valyutanın hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil. Dollara olan tələbin artmaqda davam edəcəyi gözləniləndir. İdxal, xarici borc ödənişləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq. Borc öhdəlikləri ilə yanaşı, ilin sonuna doğru idxalın həcminin artacağı və eləcə də xarici səfərlərin çoxalacağı gözlənilir ki, bu da valyutaya tələbi artıracaq. Neftin dünya bazar qiyməti isə psixoloji təsirlərə baxmayaraq hər barel üçün 50 dollar ətrafında dəyişməkdədir. Deməli, hələlik neftin dünya bazar qiyməti valyuta bazarına hətta psixoloji təsir də göstərə bilmir. Bu baxımdan, xarici valyutaya artan tələb dolların möhkəmlənməsinin davam edəcəyini şərtləndirir". Ekspert hesab edir ki, Mərkəzi Bankın milli valyutanın dollara nisbətən müqayisəli möhkəmləndirilməsi siyasətini davam etdirməsinə ehtiyac var. Onun sözlərinə görə, aprel ayının əvvəllərində manatın məzənnəsindəki rəsmi azalmalar dollara tələbatı kəskin artıraraq əhali arasında ciddi panika yaratmışdı: "Aparılan monitorinqlər göstərir ki, manatın məzənnəsindəki cüzi möhkəmlənmələr valyuta bazarına fərqli siqnalların daxil olmasına səbəb olub. Mərkəzi Bank aprel ayının əvvəllərində olduğu kimi yenidən manatın məzənnəsini aşağı salarsa o zaman praktik olaraq öz intervensiya xərclərini artıracaq və dollarlaşma prosesi sürətləndirəcək. Deməli, manatın ucuzlasması siyasəti heç bir halda yaxın zamanlarda baş bankın gündəmində olmamalıdır. Öncədən bildiriyimiz kimi, Mərkəzi Bank öz valyuta ehtiyatlarını qorumaq, eləcə də artıq alınmış dollar kütləsinin bir qisminin cari xərclərinin ödənilməsi üçün yenidən milli valyutaya dəyişdirilməsini və bununla da dollarlaşma prosesinin səngiməsini istəyirsə o zaman manatın möhkəmlənməsini siyasətini davam etdirməlidir".
Nurlan