Seneqal Azərbaycan təcrübəsindən bəhrələnmək istəyir
Milli Məclisin Sədr müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Seneqal Respublikası Baş Gömrük İdarəsinin Baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən verilən məlumata görə, Valeh Ələsgərov qonaqlara Milli Məclisin fəaliyyəti, strukturu və parlamentarizm ənənələri barədə geniş məlumat verib. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi, iki ölkə arasında beynəlxalq sənədlərin imzalanmasının vacibliyi, energetika sahəsində əməkdaşlıq, investisiyaların qarşılıqlı təşviqi, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iri energetika və nəqliyyat layihələri, Azərbaycanda energetika sahəsində həyata keçirilən işlər müzakirə mövzusu olub.
21 Oktyabr 2016 14:53 SosialMilli Məclisin Sədr müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Seneqal Respublikası Baş Gömrük İdarəsinin Baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən verilən məlumata görə, Valeh Ələsgərov qonaqlara Milli Məclisin fəaliyyəti, strukturu və parlamentarizm ənənələri barədə geniş məlumat verib. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi, iki ölkə arasında beynəlxalq sənədlərin imzalanmasının vacibliyi, energetika sahəsində əməkdaşlıq, investisiyaların qarşılıqlı təşviqi, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iri energetika və nəqliyyat layihələri, Azərbaycanda energetika sahəsində həyata keçirilən işlər müzakirə mövzusu olub.
Səmimi görüş üçün təşəkkürünü bildirən Seneqal Baş Gömrük İdarəsinin Baş direktoru Papa Ousmane Gueye Azərbaycanın inkişafından məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın energetika sahəsindəki zəngin təcrübəsindən Seneqal da bəhrələnmək istəyir. Qonaq iki ölkə arasında iqtisadi, siyasi, turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafının əhəmiyyətli olacağına əminliyini ifadə edib.