Gündəm
Qızını tövlədə saxlayan ataya cinayət işi açıldı
İmişli rayonu, Cavadxanlı kəndində qızını 8 il ərzində tövlədə zəncirləyərək saxlayan Valeh Qaragedə oğlu Məmmədova qarşı cinayət işi açılıb.
Bu adamlar məhkəmə hakimi ola bilməyəcəklər
Parlamentin müzakirəsinə "Məhkəmələr və hakimlər haqqında" Qanuna dəyişikliklər edilməsi barədə layihə təqdim edilib. Layihədə həm də hakim vəzifəsinə namizəd olmaq istəyənlər üçün yeni tələblər müəyyən edilir. Belə ki, hakim vəzifəsindən intizam qaydasında azad edilmiş şəxslər artıq hakim ola bilməyəcəklər.
Oliqarx Ermənistana 2 milyard dollar bağışladı
Ermənistanın keçmiş xarici işlər naziri, hazırda müxalifətdə olan “Birlik” partiyasının lideri Vardan Oskanyan məlumat yayıb ki, məşhur erməni milyarder Kirk Kerkoryan vəsiyyətində Ermənistana 2 milyard dollardan çox pul bağışlayıb.
Beynəlxalq ictimaiyyət Azərbaycanın mövqeyini dəstəkləyir- AÇIQLAMA
“Ümumiyyətlə istər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjiy Kaspşik olsun, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrləri olsun heç kimə sirr deyil ki, onlar bugünə qədər işağlçı Ermənistana qarşı heç bir beynəlxalq hüquq normasından irəli gələn təzyiq və təsir göstərməyiblər”. Bunu SİA-ya millət vəkili Bəxtiyar Əliyev deyib.
Ziya Bünyadov prospektində hərəkətin təşkilində dəyişiklik edilib
Bakı şəhərində hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması, avtonəqliyyat axınlarının daha səmərəli idarə olunması məqsədi ilə gərgin iş rejimində işləyən yol qovşaqlarında “Azəravtoyol” ASC tərəfindən aparılan işlər öz müsbət nəticələrini verir.
“Narkomaniyaya Yox Deyək” adlı maarifləndirici tədbir keçirilib
Binəqədi rayonu, N.Fərəczadə adına 100№-li tam orta məktəbdə “Narkomaniyaya Yox Deyək” adlı maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdən öncə şagirdlərin narkomaniyanın cəmiyyətə zərərlərini əks etdirən mövzuda çəkdiyi fotolardan ibarət rəsm sərgisi nümayiş olundu.
Paytaxt rayonları üzrə səyyar qəbul keçirilib
Oktyabrın 21-də Bakıdakı 1 nömrəli tam orta məktəbdə Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, idarənin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətininin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Qəbula gələn vətəndaşlar məktəblərdə şagird sıxlığı ilə əlaqədar əlavə korpusların tikilməsi, dərslik, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri və digər müvafiq məsələlərlə bağlı müraciət edibllər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
Səlim Müslümov təlim kursunun iştirakçıları ilə görüşüb
Qobustan rayonunda vətəndaşların fərdi qəbulunu keçirən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov rayonda özünüməşğulluq proqramı üzrə həyata keçirilən təlim prosesi ilə də tanış olub, təlimə cəlb edilmiş sakinlərlə görüşüb.
Məşhur terrorçu öldürüldü
İŞİD-in cəlladı, əslən Rusiyadan olan "Cihadi-Tolik" ləqəbli terrorçu İraqda öldürülüb. Azvision.az bildirir ki, "Cihadi-Tolik" Mosul uğrunda gedən döyüşlərdə öldürülüb.
Ronaldinyonu Bakıda müşayiət edən izdiham - VİDEO
Məşhur braziliyalı futbolçu Ronaldinyonun Bakı səfərinin yeni videosu yayılıb. Olaylar.az baku.ws-ə istinadən bildirir ki, ulduz futbolçu fanatlarının sevgisi ilə qarşılaşıb.
Çovdarov soydu, ürəyi dözməyib öldü
Ötən ilin oktyabr ayının 17-də MTN şefi Eldar Mahmudov tutduğu vəzifədən kənarlaşdırıldıqdan, adıçəkilən qurumdakı məlum həbslərdən sonra "General bandası"nın çoxsaylı cinayətləri üzə çıxdı.
"Qarabağ" - PAOK matçının ən yaxşısı SEÇİLDİ
Dünən axşam Avropa Liqasında "Qarabağ"- PAOK (2:0) qarşılaşmasının ən yaxşı futbolçusunu UEFA müəyyən edib. Bu, "ağdamlıların" oyunçusu Dani Kintanadır.
Resept blanklarından istifadə etməyən tibb müəssisələrinin sayı açıqlanıb
“Respublikamızda 700-dən artıq özəl tibb mərkəzi fəaliyyət göstərsə də, onların az hissəsi Səhiyyə Nazirliyinin təsdiqlədiyi resept blanklarını əldə edib”.
Kommersiya banklarının problemləri var
Milli Məclisin İqtisadi Siyasət komitəsinin bugünkü iclasında “Kredit büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədovla Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı arasında maraqlı dialoq yaranıb.
Deputat: “Banklar insanlara zülm edir”
Oktyabrın 21-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda iştirak edən əməkdaşının verdiyi məlumata görə, iclasda “Kredit büroları haqqında” qanun layihəsi müzakirəyə (ikinci oxunuşda) çıxarılıb.














