Ziya Bünyadov prospektində hərəkətin təşkilində dəyişiklik edilib
Bakı şəhərində hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması, avtonəqliyyat axınlarının daha səmərəli idarə olunması məqsədi ilə gərgin iş rejimində işləyən yol qovşaqlarında “Azəravtoyol” ASC tərəfindən aparılan işlər öz müsbət nəticələrini verir.
21 Oktyabr 2016 15:35 SosialBakı şəhərində hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması, avtonəqliyyat axınlarının daha səmərəli idarə olunması məqsədi ilə gərgin iş rejimində işləyən yol qovşaqlarında "Azəravtoyol" ASC tərəfindən aparılan işlər öz müsbət nəticələrini verir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bu çərçivədə Ziya Bünyadov və Heydər Əliyev prospektinin kəsişməsində avtonəqliyyat sıxlığını aradan qaldırmaq məqsədi ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib. Beləki, Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişdiyi ərazidə (Böyükşor Qovşağı) son zamanlar müşahidə olunan tıxacların yaranma səbəblərinin araşdırılması məqsədi ilə aidiyyatı qurumların və "Azəravtoyol" ASC-nin mütəxəssisləri tərəfindən yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, nəqliyyat vasitələrinin Atletlər kəndindən Ziya Bünyadov prospektinə və Ziya Bünyadov prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələrinin zolaqdan-zolağa yerdəyişmələrinin tənzimlənməsi üçün hərəkətin təşkilində dəyişiklik edilərək, mövcud olan üfüqi nişananma xəttinin əvəzinə dəmir-beton arakəsmə ilə ayırıcı zolağın tikintisinə ehtiyyac vardır. Sözügedən ərazidə nəqliyyat sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulan işlərin həyata keçirilməsi məqsədilə hərəkətin təşkilində dəyişiklik edilməsi ilə bağlı Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına müraciət olundu.
Ərazidə mövcud olan üfüqi nişanlanma xəttinin əvəzinə 132 metr uzunluğunda dəmir-beton arakəsmələrdən ibarət ayırıcı zolağın qanunvericiliyin Tikinti Norma və Qaydalarının (TN və Q-2.05.02-85) tələblərinə uyğun tikintisi aparılıb.