Gündəm

2 ilin gəlini yataq otağında özünü öldürdü

21 Oktyabr 2016 16:34

Türkiyədə intihar faktı qeydə alınıb.

Rəssam Əyyub Hüseynovun 100 illik yubiley sərgisi keçiriləcək

21 Oktyabr 2016 16:31

Oktyabrın 25-29-da 2016-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi, görkəmli rəssam Əyyub Hüseynovun 100 illik yubiley sərgisi keçiriləcək Mədəniyyət və Turizm Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, sərginin açılış mərasimi oktyabrın 25-də olacaq. Sərgidə rəssamın ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərlər nümayiş olunacaq.

Bərdənin daha bir kəndinə təbii qaz verilib

21 Oktyabr 2016 16:30

Oktyabrın 21-də Bərdə rayonunun Mustafaağalı kəndinə təbii qazın verilişi bərpa edilib. “OLAYLAR”-ın xəbərinə görə, 645 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 65 619 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Həmçinin qeyd olunub ki, hazırda rayonun daha 3 kəndində-Lənbəran, Otuzikilər və Mollalı kəndlərində qazlaşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcək.

“İlin icra başçısı” seçiləcək

21 Oktyabr 2016 16:25

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi "İlin başçısı 2016”sorğusunu reallaşdırmaq niyyətindədir. Bu barədə “OLAYLAR”-a məlumat verən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov sorğunun sırf maarifləndirici xarakter daşıdığı qeyd edib: "Bu tip sorğular demək olar ki, bütün Slavyan ölkələrində keçirilir.

SOCAR-da Metyu Brayza ilə görüş keçirilib

21 Oktyabr 2016 16:24

SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Finlandiyanın “Lamor” şirkətinin idarə heyətinin üzvü və “Lamor Turkey” şirkətinin baş direktoru Metyu Brayzanı və şirkətin digər nümayəndələrini qəbul edib.

Deputat: “Banklar ölkədə istədiklərini edirlər”

21 Oktyabr 2016 16:21

“Biz çalışmalıyıq ki, insanların banklardan asılılığını azaldaq və bankların insanlardan asılılığını çoxaldaq”.

Azərbaycan XİN: Ermənistan rejimindən bundan artıq nə gözləmək olar?

21 Oktyabr 2016 16:17

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın  jurnalistlərin ümumerməni forumundakı çıxışına münasibət bildirib.

Türkiyənin İŞİD-ə qarşı əməliyyatlarda iştirak etməsini istəyirik

21 Oktyabr 2016 16:14

Bu gün Türkiyədə səfərdə olan ABŞ müdafiə naziri Eşton Karter Ankaranın Suriya və İraqdakı proseslərlə maraqlanmasının məqbul olduğunu bəyan edib.

Azərbaycanda süni mayalanma ilə bağlı QADAĞA

21 Oktyabr 2016 16:11

Bir neçə gün əvvəl Nazirlər Kabineti reklamı qadağan olunan əmtəələrin yeni siyahısını dərc edib. Olaylar.az qafqazinfo-ya istinadən bildirir ki, bu əmtəələr içərisində süni mayalanma ilə bağlı tibbi xidmətlərin reklamı da qadağan edilib.

Vətənpərvərlik elə bir mənəvi hissdir ki... 

21 Oktyabr 2016 16:10

Gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında vətəndaş cəmiyyətlərinin rolu artıb. Xüsusən, bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının keçirdikləri maarifləndirmə tədbirləri tədqirəlayiq haldır.

Marixuana satan “iş başında” yaxalanıb

21 Oktyabr 2016 16:06

Narkotik vasitə satan Balakın sakini saxlanıb. DİN-dən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tülü kənd sakini Ramiz Bayramov və Zaqatala rayon sakini Elnur Əzimzadə 195 qram marixuananı satarkən tutulub. R.Bayramovun evinə baxış zamanı isə oradan əlavə olaraq 11 kiloqram 650 qram marixuana, habelə evində olan həmkəndlisi Heybullah Qaraçayevdən 6,178 qram marixuana da aşkar edilərək götürülüb.

5 mağazada satışı qadağan edilmiş dini kitab müsadirə edilib

21 Oktyabr 2016 16:04

DİN Baş İctimai Təhlükəsizlik İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən oktyabrın 20-də Qaradağ rayonunun ərazisində yerləşən ticarət mərkəzindəki 5 (beş) mağazadan satışına razılıq verilməmiş və nəzarət markası ilə markalanmamış 287 ədəd dini təyinatlı ədəbiyyat, 7 ədəd CD və DVD aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 516.0.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Mosulda 550 ailə girov götürülüb

21 Oktyabr 2016 16:02

İŞİD terrorçuları Mosulda 550 ailəni girov götürüb və döyüşlərdə canlı sədd kimi istifadə edir.

Rusiya-Türkiyə münasibətləri: qlobal ziddiyyətlər fonunda yeni tarixi imkan

21 Oktyabr 2016 15:59

Ekspertlər Moskva ilə Ankara arasında müşahidə edilən yaxınlaşma prosesinə getdikcə daha çox maraq göstərirlər. İki böyük dövlət arasında tarixdə hansı hadisələrin baş verdiyi məlumdur. İndi isə hesab olunur ki, bu aspektdə müsbətə doğru ciddi dəyişikliklər ola bilər.

İŞİD Kərkükə hücum etdi - VİDEO

21 Oktyabr 2016 15:57

İŞİD terror təşkilatı Kərkükə hücum edib. Olaylar.az Trend-ə istinadən bildirir ki, İŞİD-in İraqın Kərkük şəhərində olan üzvləri səhər saatlarından şəhər mərkəzində təhlükəsizlik qüvvələrinə məxsus binalara hücum ediblər.