SOCAR-da Metyu Brayza ilə görüş keçirilib

SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Finlandiyanın “Lamor” şirkətinin idarə heyətinin üzvü və “Lamor Turkey” şirkətinin baş direktoru Metyu Brayzanı və şirkətin digər nümayəndələrini qəbul edib.

SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Finlandiyanın "Lamor" şirkətinin idarə heyətinin üzvü və "Lamor Turkey" şirkətinin baş direktoru Metyu Brayzanı və şirkətin digər nümayəndələrini qəbul edib. "OLAYLAR"-ın xəbərinə görə, görüşün məqsədi SOCAR və "Lamor" şirkəti arasında birgə əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübələrdən yararlanaraq, Azərbaycanda neft dağılmalarının qarşısının alınması və aradan qaldırılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi olub. Rəfiqə Hüseynzadə SOCAR-ın indiyədək bu sahədə mühüm işlər gördüyünü və neft dağılmalarının qarşısının alınması istiqamətində təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb. Görüş zamanı SOCAR və "Lamor" arasında birgə əməkdaşlıq çərçivəsində gələcəkdə yarana biləcək digər ekoloji məsələlər də müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31