5 mağazada satışı qadağan edilmiş dini kitab müsadirə edilib
DİN Baş İctimai Təhlükəsizlik İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən oktyabrın 20-də Qaradağ rayonunun ərazisində yerləşən ticarət mərkəzindəki 5 (beş) mağazadan satışına razılıq verilməmiş və nəzarət markası ilə markalanmamış 287 ədəd dini təyinatlı ədəbiyyat, 7 ədəd CD və DVD aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 516.0.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
21 Oktyabr 2016 16:04 SosialDİN Baş İctimai Təhlükəsizlik İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən oktyabrın 20-də Qaradağ rayonunun ərazisində yerləşən ticarət mərkəzindəki 5 (beş) mağazadan satışına razılıq verilməmiş və nəzarət markası ilə markalanmamış 287 ədəd dini təyinatlı ədəbiyyat, 7 ədəd CD və DVD aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 516.0.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.