Gündəm

DYP hava şəraiti ilə bağlı sürücülərə xəbardarlıq edib

21 Oktyabr 2016 17:29

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) yol hərəkəti qaydasını pozan sürücülərə xəbardarlıq edib.

Buraxılış imtahanları və yekun qiymətləndirmə ilə bağlı yeni təqvim planı təsdiqlənib

21 Oktyabr 2016 17:07

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “2016/2017-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin Təqvim planı”nı təsdiqləyib.

Misir fironu Tutanhamon qafqazlı imiş - Sensasion araşdırma

21 Oktyabr 2016 17:04

Alimlərdən ibarət qrup bir neçə il ərzində tomoqrafiya vasitəsilə oğlan - fironun üzünü canlandırmağa çalışıb. Onlar 2 mindən çox tomoqrafiya şəkli çəkiblər.  Olaylar.az azvision.az-a istinadən bildirir ki, eyni vaxtda mütəxəssislər Misir fironu Tutanhamonun və onun yaxınları ehtimal olunan şəxslərin üzərində genetik daktiloskopiya (DNK) həyata keçiriblər. 

Deputat: “Bu qanun vətəndaşların yox, bankların maraqlarını qoruyur”

21 Oktyabr 2016 17:02

“Kredit büroları haqqına” Qanun layihəsi kreditorların deyil, bankirlərin mövqeyini müdafiə edir”. Bu fikri millət vəkili Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kredit büroları haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Azərbaycan filmləri Türkiyənin beynəlxalq film festivalında

21 Oktyabr 2016 17:00

İlqar Safatın “İçəri şəhər” və Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmləri Türkiyənin 5-ci Van gölü Beynəlxalq Film Festivalına dəvət alıb. “OLAYLAR”-ın xəbərinə görə, festival 28 oktyabr-1 noyabr tarixlərində Van şəhərində keçiriləcək. “İçəri şəhər” və “Qırmızı bağ” bədii filmləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.  “Qırmızı bağ” filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media). Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar. Qeyd edək ki, Filmlər həmçinin 15-24 noyabr tarixlərində Misirdə baş tutacaq 35-ci Qahirə Beynəlxalq Film Festivalına da dəvət alıb.

İran nümayəndə heyəti H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini ziyarət edib

21 Oktyabr 2016 16:58

Ölkəmizdə dostluq səfərində olan İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" və "Cövşən" hərbi gəmilərinin heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin hərbi məktəbin komandanlığı ilə görüşü keçirilib, hərbi təhsil müəssisəsinin yaranma tarixi haqqında ətraflı brifinq təqdim edilib və qonaqlar hərbi dəniz fakültəsindəki tədris prosesi ilə tanış olublar.

Türkiyədə “Səfəvilər və Güney Azərbaycan türklüyü” mövzusunda konfrans keçiriləcək

21 Oktyabr 2016 16:57

Türkiyədə “Səfəvilər və Güney Azərbaycan türklüyü” mövzusunda konfrans keçiriləcək.  “OLAYLAR”-ın xəbərinə görə, sözügedən konfrans Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutacaq. Noyabrın 5-də keçirilməsi nəzərdə tutulan konfrans  Büyükşehir Bələdiyyəsi Taşbaşı Mədəniyyət Mərkəzində reallaşacaq. Konfransda professor doktor Tufan Gündüz məruzə ilə çıxış edəcək. 

"Eurovision"da Kipri erməni müğənni təmsil edəcək

21 Oktyabr 2016 16:51

"Eurovision : 2017" mahnı müsabiqəsində Cənubi Kipri təmsil edəcək müğənninin adı açıqlanıb. Olaylar.az qafqazinfo-ya istinadən bildirir ki, Kipri erməni mənşəli müğənni Hovig Demirjian təmsil edəcək.

Akkumlyator oğrusu saxlandı

21 Oktyabr 2016 16:49

Cari il sentyabrın 25-nə keçən gecə Şirvan şəhərində Mənzil Təsərrüfatı İdarəsinə məxsus “KamAZ” markalı avtomobildən akkumulyator oğurlanıb. DİN-dən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Xəyal Vahabzadə tutulub.

Qadının qızıl boyunbağısını aparan tutulub

21 Oktyabr 2016 16:48

Sentyabrın 9-da Bakı şəhər sakini Aygün Əmiraslanovanın qızıl boyunbağısı quldurluq yolu ilə mənimsənilib. DİN-dən verilən məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ilə almaqda şübhəli bilinən Tərtər rayon sakini Zaman Bayramov tutulub. 

Sexdən qızıl əşya oğurlayan ələ keçib

21 Oktyabr 2016 16:47

Sentyabrın 13-də Bakı şəhər sakini Anar Camal oğluna məxsus sexdən qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdam rayon sakini İlqar Hacıyev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunmasə müəyyən edilib. 

Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə müzakirə edilib

21 Oktyabr 2016 16:41

Oktyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bərdə Rayon İcra Hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidmətinin Bərdə rayon şöbəsinin birgə təşkilatçılığı ilə Bərdə rayonu 5 saylı orta məkəbdə “Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib.

Məktəblilər arasında inşa yazı müsabiqəsi keçirilib

21 Oktyabr 2016 16:40

Bakı şəhərinin Səbail, Nəsimi, Nərimanov, Nizami, Binəqədi, Xətai, Yasamal və Suraxanı rayonlarının ümumi təhsil məktəblərinin şagirdləri arasında vətənpərvərlik mövzusunda inşa yazı müsabiqəsinə start verilib.

AzTU ilə Almaniyanın Xemnitz Texniki Universiteti yeni əməkdaşlıq mərhələsində

21 Oktyabr 2016 16:39

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma fakültəsinin Almaniyanın müxtəlif texniki universitetləri ilə əməkdaşlığı çərçivəsində yeni imkanlar yaranıb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun Maşınqayırma fakültəsinin dekanı Ərəstun Məmmədov bu günlərdə “Xemnitz şəhərində Metalkəsən dəzgahların universitet tədqiqi və tədrisinin 60 illiyi” ixtisas-konfransında iştirak edib. Almaniyanın Xemnitz Texniki Universitetinin (XTU) Metalkəsən dəzgahlar və istehsal prosesləri İnstitutunda təşkil olunan konfransda AzTU ilə XTU arasında əməkdaşlığın inkişaf perspektivləri və iş planı da müzakirə edilib.

Məcburi köçkün gənclər zərərli vərdişlərdən çəkindirilir

21 Oktyabr 2016 16:37

“Azərbaycan Qaçqın və Məcburi Köçkünlərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məcburi köçkün gənclərin zərərli vərdişlərdən çəkindirmək üçün tədbirlər” layihəsi çərçivəsində təlimləri başa vurub.