Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə müzakirə edilib
Oktyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bərdə Rayon İcra Hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidmətinin Bərdə rayon şöbəsinin birgə təşkilatçılığı ilə Bərdə rayonu 5 saylı orta məkəbdə “Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib.
21 Oktyabr 2016 16:41 SosialOktyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bərdə Rayon İcra Hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidmətinin Bərdə rayon şöbəsinin birgə təşkilatçılığı ilə Bərdə rayonu 5 saylı orta məkəbdə "Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə" mövzusunda konfrans keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin, Bərdə Rayon İcra Hakimiyyətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Bərdə rayon şöbəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, dini icma sədrləri, dindarlar, şəhərin təhsil, mədəniyyət və səhiyyə işçiləri iştirak ediblər. Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyəti başçısı yanında dini komissiyanın sədri Vahid Qarayev konfransı giriş sözü ilə açaraq tədbirin keçirilməsinin məqsədi barədə danışıb. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov "Dini ekstremizmə və dini radikalizmə qarşı mübarizədə dini qurumların rolu" mövzusunda çıxış edib. Rahib İbrahimov Azərbaycanda müxtəlif dini etiqadlara bərabərhüquqlu şərait yaradılmasından, ölkəmizdə İslami dəyərlərlə tolerant dəyərlərin mükəmməl səviyyədə uzlaşdırılmasından bəhs edib. Natiq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekstremizmə qarşı apardığı mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib və dini icmaların bu sahədə müvafiq dövlət orqanları ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.