Məcburi köçkün gənclər zərərli vərdişlərdən çəkindirilir

“Azərbaycan Qaçqın və Məcburi Köçkünlərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məcburi köçkün gənclərin zərərli vərdişlərdən çəkindirmək üçün tədbirlər” layihəsi çərçivəsində təlimləri başa vurub.

"Azərbaycan Qaçqın və Məcburi Köçkünlərinin Hüquqlarının Müdafiəsi Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məcburi köçkün gənclərin zərərli vərdişlərdən çəkindirmək üçün tədbirlər" layihəsi çərçivəsində təlimləri başa vurub. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, əsas məqsədi məcburi köçkün və qaçqın gənclər arasında zərərli vərdişlərlə mübarizədə sağlam və təhlükəsiz davranışın təbliği olan layihə çərçivəsində ilk olaraq Bakı şəhərində məskunlaşmış Zəngilan rayonundan olan məcburi köçkünlər üçün təlimlər təşkil olunub. Təlimlərin davamı olaraq Bakıdan sonra gənclərin iştirakı ilə Biləsuvar və Sabirabad rayonunda məskunlaşmış məcburi köçkün gənclər üçün isə ayrıca təlimlər keçirilib. Təlimlərdə gənclərə layihə çərçivəsində "Zərərli vərdişlərə yox de!" devizi ilə hazırlanmış film nümayiş etdirilmiş, peşəkar təlimçi tərəfindən nikotin, alkaqol vənarkotik vasitələr kimi zərərli vərdişlərin insan həyatına vurduğu zərərli təsirlər və bu təsirlərin nəticəsində yarana biləcək QİÇS xəstəliyi haqqında geniş məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31