Azərbaycan filmləri Türkiyənin beynəlxalq film festivalında

İlqar Safatın “İçəri şəhər” və Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmləri Türkiyənin 5-ci Van gölü Beynəlxalq Film Festivalına dəvət alıb. “OLAYLAR”-ın xəbərinə görə, festival 28 oktyabr-1 noyabr tarixlərində Van şəhərində keçiriləcək. “İçəri şəhər” və “Qırmızı bağ” bədii filmləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.  “Qırmızı bağ” filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media). Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar. Qeyd edək ki, Filmlər həmçinin 15-24 noyabr tarixlərində Misirdə baş tutacaq 35-ci Qahirə Beynəlxalq Film Festivalına da dəvət alıb.

İlqar Safatın "İçəri şəhər" və Mirbala Səlimlinin "Qırmızı bağ" bədii filmləri Türkiyənin 5-ci Van gölü Beynəlxalq Film Festivalına dəvət alıb. "OLAYLAR"-ın xəbərinə görə, festival 28 oktyabr-1 noyabr tarixlərində Van şəhərində keçiriləcək. "İçəri şəhər" və "Qırmızı bağ" bədii filmləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.  "Qırmızı bağ" filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media). Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar. Qeyd edək ki, Filmlər həmçinin 15-24 noyabr tarixlərində Misirdə baş tutacaq 35-ci Qahirə Beynəlxalq Film Festivalına da dəvət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31