AzTU ilə Almaniyanın Xemnitz Texniki Universiteti yeni əməkdaşlıq mərhələsində
Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma fakültəsinin Almaniyanın müxtəlif texniki universitetləri ilə əməkdaşlığı çərçivəsində yeni imkanlar yaranıb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun Maşınqayırma fakültəsinin dekanı Ərəstun Məmmədov bu günlərdə “Xemnitz şəhərində Metalkəsən dəzgahların universitet tədqiqi və tədrisinin 60 illiyi” ixtisas-konfransında iştirak edib. Almaniyanın Xemnitz Texniki Universitetinin (XTU) Metalkəsən dəzgahlar və istehsal prosesləri İnstitutunda təşkil olunan konfransda AzTU ilə XTU arasında əməkdaşlığın inkişaf perspektivləri və iş planı da müzakirə edilib.
21 Oktyabr 2016 16:39 SosialAzərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma fakültəsinin Almaniyanın müxtəlif texniki universitetləri ilə əməkdaşlığı çərçivəsində yeni imkanlar yaranıb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, AzTU-nun Maşınqayırma fakültəsinin dekanı Ərəstun Məmmədov bu günlərdə "Xemnitz şəhərində Metalkəsən dəzgahların universitet tədqiqi və tədrisinin 60 illiyi" ixtisas-konfransında iştirak edib. Almaniyanın Xemnitz Texniki Universitetinin (XTU) Metalkəsən dəzgahlar və istehsal prosesləri İnstitutunda təşkil olunan konfransda AzTU ilə XTU arasında əməkdaşlığın inkişaf perspektivləri və iş planı da müzakirə edilib. Müzakirələrdə professor-müəllim, əməkdaş və tələbələrin mübadiləsi, AzTU və XTU-nun iştirakı ilə elmi-texniki konfransların, elmi, tədris-metodiki seminarların və yay məktəblərinin keçirilməsi məsələlərinin vacibliyi vurğulanıb. Əldə olunan razılaşmaya əsasən, XTU-nun Metalkəsən dəzgahlar və istehsal prosesləri İnstitutunun idarəedici direktoru, prof.Andreas Hirş bu tədris ilində 1 həftə müddətində AzTU-da olacaq və fakültənin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri, doktorantları və əməkdaşları üçün müasir metalkəsən dəzgahlar, istehsal prosesləri, virtual və innovativ texnologiyalar sahəsində mühazirələr oxuyacaq.