Gündəm
Azərbaycan XİN Fransadan olan həmsədrin dəyişdirilməsi haqda
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədrinin dəyişdirilməsinə münasibət bildirib.
Erməninin öldürdüyü azərbaycanlı sənətkar
Bu gün məhum müğənni Nəzakət Məmmədovanın anım günüdür. Olaylar.az azvision.az-a istinadən bildirir ki, N.Məmmədova 1980-ci ilin oktyabrın 21-də dünyasını dəyişib. Müğənninin ölüm səbəbləri ilə bağlı müxtəlif versiyalar mövcuddur.
Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınıb
Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb. APA-nın xəbərinə görə, DİM-in yeni saytı –dim.gov.az da istifadəyə verilib. DİM-dən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, DİM dövlət qeydiyyatına alındığı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv edilməsi istiqamətində Ləğvetmə Komissiyası yaradılacaq.
Otaq yoldaşını öldürməyə cəhd edən balıqçının məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ziyafət Manafovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub.
Nümunə
Əslində vətənpərvərlik hər bir azərbaycanlının şərəf borcudu. Bu, yuxarıdan göstərişlə, yaxud da digər təzyiq vasitəsi ilə olmur. Sadəcə cəmiyyətdə fəaliyyət göstərən bəzi qurumlar birbaşa, yaxud da dolayısı ilə bu hissin insanlarda, xüsusilə də gənclərdə artırılmasında müəyyən rol oynayırlar. Qeyri-hökumət təşkilatlarının əksəriyyəti bu yönümdə illərdi iş aparırlar və fəaliyyətlərinin müsbət nəticəsi də olur. Bəzi QHT-lər də bunu yalnız kağız üzərində “yerinə yetirirlər”. Bu, təbii ki, xoşagələn deyil, bir növ baş aldatmaqdı.
Mətbuat Şurasında oxşar domen problemi müzakirə olunacaq
Mətbuat Şurasında domen satışı ilə məşğul olan şirkətlərin iştirakı ilə tədbir keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə Şuranın Şikayətlər üzrə Komissiyası iclasında qərar qəbul edilib.
Mətbuat Şurası 3 sayta xəbərdarlıq edib
Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ-dan verilən məlumata görə, gündəliyə müzakirələrdən sonra 7 məsələ daxil edilib.
Səfir: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylər göstərir"
"ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməz qalır". APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Millət vəkili: “Azərbaycan bütün söhbətlərə açıqdır”- MÜNASİBƏT
“Ermənistan rəsmiləri tərəfindən söylənilən fikirlərin hər biri uydurma erməni təbliğatlarından, yalanlarından, riyakarlığından başqa bir şey deyil”. Bunu SİA-ya millət vəkili Bəxtiyar Əliyev deyib.
Qızları evdən qaçmağa nə vadar edir?- MÜTƏXƏSSİS RƏYİ
Son zamanlar gənc qızların itkin düşməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Onlardan bəziləri geri qaytarılsa da, bəziləri ilə bağlı informasiyalar sona çatdırılmır. Milli mentalitetimizə nəzərə alaraq ailələr çox zaman belə halları gizlətməyə də çalışırlar. Bəziləri belə hallarda valideynləri, bəziləri də qızları qınayır. Lakin əsil səbəb nədir və gənc qızları qaçmağa nə vadar edir?
Çində davam edən devalvasiyanın tempi proqnozları qabaqlayır
Çində ABŞ dollarının məzənnəsi 6,7611 CNY/USD səviyyəsinə kimi geriləyərək son 6 ilin minimal həddinə enib. Bu, dolların qlobal valyuta bazarında möhkəmlənməsi və Çin hökumətində ixracın azalması səbəbindən yuanın ucuzlaşmasına icazə verəcəyinə dair siqnalların gəlməsi ilə bağlıdır.
Aleksandr Lukaşenko: "Azərbaycanı Avropa Oyunları təşkilatçılığında heç bir ölkə keçə bilməyəcək"
"Belarus Avropa Oyunları keçirərkən, Azərbaycanın təcrübəsindən yararlanacaq." "Report"un "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşündə deyib.
Proqnoz: Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatını azaldacağı gözlənilmir
Xarici ekspertlər Rusiya və Səudiyyə Ərəbistanının OPEC-in noyabrın 30-da Vyanada (Avstriya) keçiriləcək sammitində hasilatın azaldılması qərarına müsbət yanaşmasına baxmayaraq, bunu real hesab etmirlər.
Əli Kərimlinin köməkçisinin apellyasiya şikayəti təmin edilməyib
Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Rusiya-Azərbaycan sərhədində 30 ədəd mobil telefon aşkarlanıb
Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı avtomobilə gömrük baxışı keçirilib.














