Otaq yoldaşını öldürməyə cəhd edən balıqçının məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ziyafət Manafovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub.
21 Oktyabr 2016 18:01 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ziyafət Manafovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub.
Olaylar.az Trend-ə istinadən bildirir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası oktyabrın 27-nə təyin edilib.
İttihama görə, Bakının Pirallahı rayonunun Süleyman Bağırov küçəsində bağ evlərindən birində baş verən hadisə zamanı əvvəllər məhkum olunmuş, 56 yaşlı Ziyafət Manafov eyni evdə yaşadığı 53 yaşlıRaqib Novruz oğlu Əhmədova bir neçə dəfə atəş açıb. Lakin güllələrdən heç biri R.Əhmədova dəyməyib.
Hadisədən sonra Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Hadisəni törədən Ziyafət Manafov saxlanılıb və istintaqa təhvil verilib. Məlumata görə, hər iki şəxs balıqçılıqla məşğul olub.
Z.Manafov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.