Gündəm

Fəthullah Gülənin ölüm tarixi internetə düşdü

21 Oktyabr 2016 19:13

"Google"da Fəthullah Gülənin gələn il öləcəyi qeyd edilib. Olaylar.az lent.az-a istinadən bildirir ki, google-da Fəthullah Gülənin adı axtarışa veriləndə çıxan "Vikipediya" səhifəsində şəxsi məlumatlar sırasında onun ölüm tarixi də qeyd edilib.

Qripdən qorunmağın ən yaxşı yolu:  o iynəni vurdurun

21 Oktyabr 2016 19:11

Qrip yalnız üst tənəffüs yollarına deyil, eyni zamanda alt tənəffüs yollarına da təsir edən, hətta sətəlcəmə səbəb ola bilən virusdur. Bu virusla mübarizə aparmaq üçün sentyabrın  sonundan oktyabrın ortalarına qədər qrip peyvəndinin etdirilməsi məsləhətdir. Aile.lent.az türkiyəli həkim, professor Serhat Ünalın qrip peyvəndi haqqında fikirlərini təqdim edir.

Bakıda qüllədən özünü atmaq istəyən şəxs xilas edilib

21 Oktyabr 2016 19:07

Bakıda intihara cəhd hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda bir nəfərin intihar etmək məqsədi ilə qülləyə çıxması barədə məlumat daxil olub.

Kıvanç Tatlıtuğdan kaskadyor etirafı

21 Oktyabr 2016 19:06

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ xanımı Başak Dizer ilə birlikdə teatra yollanıb. Milli.Az "gecce magazin"ə istinadla bildirir ki, ikili əl-ələ tutaraq teatra tamaşa edib. Onların səmimi halları paparassilərin diqqətindən yayınmayıb.

Telekanala silahlı basqın: tanınmış jurnalist güllələndi

21 Oktyabr 2016 19:02

İraqda telekanalına silahlı basqın olub. Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, Kərkükdə "Türkməneli TV"yə basqın edən silahlılar xəbərlər buraxılışının redaktoru Əhməd Nəcməddin Həcəroğlunu güllələyiblər. Jurnalist aldığı güllə yaralarından keçinib. Olaylar.az

Azərbaycan prezidenti “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədar sərəncam imzalayıb

21 Oktyabr 2016 18:53

Azərbaycan prezidentiİlham Əliyev  “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununun qüvvəyə minməsi ilə əlaqədar qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Baş nazir: "Heç kəsin torpağına iddia etmirik, amma..."

21 Oktyabr 2016 18:43

Türkiyənin Suriyadakı fəaliyyəti terror təşkilatlarının məhv edilməsinə yönəlib. Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Evinə çağırdığı qonşusunun 15 yaşlı qızını zorladı

21 Oktyabr 2016 18:42

Türkiyədə daha bir cinayət böyük etiraza səbəb olub. Milli.Az milliyet-ə istinadən bildirir ki, Zonquldağdan evinə çağırdığı qonşusunun 15 yaşlı G.D. adlı qızını zorladığı iddiası ilə həbs edilən A.K. azadlğa buraxılıb. 9 il 2 ay həbs cəzası alan təqsirli şəxs vaxtından əvvəl azadlığa buraxıldığından qızın ailəsi məhkəmə qərarına etiraz ediblər. 

Erməni nazir və generalları Azərbaycan torpağına gəldilər

21 Oktyabr 2016 18:40

Qarabağ separatçılarının lideri Bako Saakyan bu gün Xankəndində Ermənistanın yeni müdafiə naziri Viqen Sarkisyan, Ermənistan SQ-nın Baş Qərargah rəisi Movses Akopyan və Ermənistan prezidentinin məsləhətçisi, hərbi inspektor, general-polkovnik Mikael Arutyuyanla görüş keçirib.

Ayaq barmaqları əlinə tikildi

21 Oktyabr 2016 18:38

Türkiyədə unikal əməliyyat edilib. Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çanaqqalada usta işləyən Hüseyin Dur itirdiyi barmaqlarına görə əməliyyat olunub. Belə ki, ötən il barmaqları mişarın altında qaldığına görə qopan Hüseyn Durun ayaq barmaqları onun əlinə tikilib. 

Azercell-dən pulsuz göz müayinəsi

21 Oktyabr 2016 18:24

Azercell Telekom-un dörd illik tarixi olan “Mobil Göz Klinikası” sosial layihəsi indiyə qədər valideyn himayəsindən məhrum olan minlərlə uşağa, həmçinin ahıllara və aztəminatlı ailələrə xidmət göstərib. Klinikanın həkimləri bu ilin avqust və sentyabr aylarında da müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara dayaq durublar. Müayinə olunan xəstələrin arasında Mərdəkan qəsəbəsində, qonşusunun evində qalan tənha qadın Murzina Valentinanın iki gözündə katarakta aşkar olunub. Azercell-in, Xəzər Qayğıkeşlik mərkəzinin və TİSA beynəlxalq məktəbin tələbələri tərəfindən göstərilən yardım nəticəsində xanımın hər iki gözü uğurla əməliyyat edilib.

Erməni general: "Apreldə "İsgəndər"ləri döyüşə hazırlamışdıq, Bakı bunu bilirdi…"

21 Oktyabr 2016 18:21

Ermənistan növbəti dəfə "İsgəndər" raketlərindən "kozır" kimi istifadə edərək Azərbaycanın ünvanına hərbi təhdidlə çıxış edib. Virtualaz.org bildirir ki, Ermənistan silahlı qüvvələrinin raket və artilleriya qoşunlarının qərargah rəisinin müavini, polkovnik Artavazd Yağmuryan bu gün jurnalistlərə bildirib ki, onlar "İsgəndər" operativ-taktiki raketlərini heç kimdən icazə almadan tətbiq edə bilərlər.

Əgər əzizlərinizi söydürmək istəyirsinizsə…

21 Oktyabr 2016 18:18

Sosial şəbəkələr, onlayn media və ümumilikdə interaktiv yeni texnologiyalar dünyanın bütün normal ölkələrində hər kəs üçün əlçatandır. O cümlədən Azərbaycanda da. Bu isə o deməkdir ki, küçə süpürən də, professor da, nazir də – yəni hər kəs onlardan gen-bol və kənar müdaxiləsiz istifadə edə bilər. Təbiidir ki, belə bir sərbəst müstəvi hər kəsin özünü olduğu kimi – mahiyyətinə uyğun sərgiləməsinə imkan verir. Yəni hər bir netizen (onlayn istifadəçi) ailəsindən aldığı tərbiyəni, əxlaqı burda da olduğu kimi sərgiləməklə mənsub olduğu soyun, nəslin hansı səviyyədə olduğunu göstərmiş olur.

Binəqədi rayonunun təhsil müəssisələri üçün yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası təşkil edildi

21 Oktyabr 2016 18:15

21 oktyabr 2016-cı il tarixdə Binəqədi rayonu 276 №-li məktəbdə Binəqədi rayonu İcra Hakimiyyəti, Bakı şəhəri üzrə Təhsil İdarəsi, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə yol təhlükəsizliyi mövzusunda növbəti tədbir keçirildi.

Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

21 Oktyabr 2016 18:11

Oktyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.